AST Telmanın gəlinindən ŞOK SÖZLƏR: "Məni öldürmək istəyirlər ..." - FOTOLAR

AST Telmanın gəlinindən ŞOK SÖZLƏR: "Məni öldürmək istəyirlər ..." - FOTOLARSon günlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və ailə üzvləri ətrafında bir-birinin ardınca qalmaqalı məlumatlar yayılır. Xəbər verildiyi kimi Rusiya İstintaq Komitəsi T.İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Onun adı "Koptevsk" və "Lobanovsk" kriminal qruplaşmalarının liderlərinin sifarişli qətllərində, digər ağır cinayət əməllərində keçir. Rusiya mətbuatı hətta T.İsmayılovun oğlanlarının da adlarının bu cinayət işində keçdiyini bildirir.

Qalmaqallı oliqarxın oğlanlarından birinin vətəndaş nigahında yaşadığı arvadını iki uşaqla küçəyə atdığı haqda yazmışdıq.

Sonxeber.az virtualaz.org-a istinadən xatırladır ki, Yekatrina Romanova adlı bu gənc qadın hazırda T.İsmayılovun oğlu Sərxandan olan iki uşağı ilə Moskva ətrafındakı monastırlardan birində məskunlaşıb. 360tv.ru kanalı həmin qadınla bağlı yeni reportaj yayıb. Yekatrina azərbaycanlı "Çerkizon kralı"nın oğlu ilə saraylardakı qayğısız həyatından və Sərxanın onları atıb getməsindən sonra baş verənlərdən danışıb.

"Sifətini örtən yaylıqlı, başını monastır yeməkxanasında sup boşqabına tərəf əymiş bu qız qalanlardan seçilir. Cəmi dörd il əvvəl o, dəbdəbə içərisində üzürdü, elit qəsəbədə möhtəşəm villada yaşayırdı, ən bahalı kurortlarda dincəlirdi, rəfiqələrinə brilyant üzüklər bağışlayırdı. Onun mülki nigahda yaşadığı əri "Çerkizon kralı"nın oğlu Sərxan İsmayılov idi"-reportajda deyilir.

İndi isə qız vaxtilə yaşadıqları malikanəni, hazırda üzərinə "Satılır" elanı vurulmuş beşmərtəbəli mülkü almaq istəyir. Çünki mülk birgə yaşadıqları dövrdə onun adına rəsmiləşdirilib. Lakin İsmayılovlar mülki Yekatrinadan soruşmadan satışa çıxarıblar. Nəinki bu malikanə, onunla yanaşı tikilmiş iki ev (biri qonaqlar, o biri nökər-naiblər üçün) də Yekatrinanın adınadır. Həmin evdə onun iki uşağı-13 yaşlı qızı Ruslana və 7 yaşlı oğlu David qeydiyyatdadır. Evlərin onun mülkiyyəti olduğu haqda sənəd isə Yekatrinada yoxdur.

"Mühafizəçidən öyrəndim ki, qulluqçular üçün tikilmiş evi artıq satıblar, orada hakim yaşayır. Evi böyüdüblər, hasarlayıblar. Onu mənim icazəm olmadan necə satıblar, anlamıram"-Yekatrina deyir.

Yekatrina Sərxanla hər ikisinin cəmi 18 yaşı olanda tanış olublar. Sərxan sevgilisini ailəsinə Fransada, Lacivərdi sahillərdə təqdim edib. Deyir ki, Sərxanın anası onu xoşlamırdı, çünki istəmirdi ki, oğlu rus qızla evlənsin. Qadın Sərxanla yaşadığı illərdən bir neçə foto göstərir. Belə fotolardan birində o, İsmayılovların dəbdəbəli malikanəsindədir. Pəncərələri italyan dizaynerlərinin şəxsi sifarişlə tikdiyi 200 min dollarlıq pərdələr bəzəyir. Qədim fransız mebeli, qızıl suyuna çəkilmiş mərmər sütunlar...

"Biz öz rahatlığımızı yaratmışdıq. Fikirləşirdik ki, bu evdə uzun müddət yaşayacağıq. Və əlbətdə, uşaqlarla birlikdə evi tərk edəndə inanmırdıq ki, bu həmişəlik olacaq"-qadın kədərlə bildirir.

Yekatrina indi uşaqlarının yaşaması üçün həmin evi geri almağa çalışır. Lakin Sərxanla əlaqə saxlaya bilmir. Onun əvvəlki nömrəsi işləmir, dostları ilə əlaqəsi də yoxdur. "Dörd ildə bir dəfə də olsun zəng vurub maraqlanmayıb ki, uşaqları necədir. Bir dəfə də onları ad günlərində təbrik etməyib...Hansı ki, uşaqları onu necə sevirdi...Mən başa düşmürəm niyə belə oldu..."-Yekatrina danışır.

Yekatrina İsmayılovların malikanəsində üç il yaşayıb. Sərxan onunla mülki nigahda yaşadığı müddətdə rəsmən evlənib, boşanıb, üstəlik yeni münasibət də yaradıb. Həmin münasibətdən daha bir oğlu dünyaya gəlib. Lakin Yekatrina deyir ki, o, Sərxanın əsl sevgisi və həyatındakı əsas qadın idi.

"Biz Sərxanla həm də dost idik. Hətta onu azərbaycanlı qızla evlənməyə məcbur edəndə toy günü mənə dedi: "Sən həmişə mənimlə olacaqsan". Dörd il əvvəl isə hər şey bitdi. Atasının problemləri başladı. Bundan sonra Sərxan tez-tez məni döyürdü. Bir dəfə o, az qala məni maşında boğub öldürəcəkdi, təsadüfən yoldan keçənlər xilas etdi"-qadın danışır.

Problemlər başlayandan sonra Sərxan Yekatrinanı uşaqları ilə birlikdə kirayə mənzildə yerləşdirib. Sonra uşaqları ondan icazəsiz qaçırıb və bir neçə ay hansısa mənzildə dayənin himayəsinə verib. Daha sonra uşaqları anasına qaytarmağı qərara alıb.

Sərxan bir müddət sonra Yekatrina ilə əlaqəni tamam kəsib, qadın kirayə qaldığı mənzili tərk edib rəfiqələrinin köməyi ilə monastıra yerləşib. İndi monastırın bufetində ayda 15 min rubl maaşa işləyir...
AST Telmanın gəlinindən ŞOK SÖZLƏR: "Məni öldürmək istəyirlər ..." - FOTOLARAST Telmanın gəlinindən ŞOK SÖZLƏR: "Məni öldürmək istəyirlər ..." - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4265   Tarix: 22 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021