Üzərində Ermənistan bayrağı olan maşın Bakıya belə gətirilib? -inanmayacaqsız / VİDEO

Üzərində Ermənistan bayrağı olan maşın Bakıya belə gətirilib? -inanmayacaqsız / VİDEOSon günlər sosial şəbəkələrdə üzərində Ermənistan bayrağının rəngləri olan və Bakıda idarə edilən bir avtomobilin şəkli geniş müzakirələrə səbəb olub. Əməkdaşlarımız avtomobilin sahibi ilə əlaqə saxlayıb və bunun səbəbini araşdırıblar.

Dövlət qeydiyyat nişanı 10 UU 550 olan bu avtomobilin üzərində Ermənistan bayrağının rəngləri həkk olunub.
Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, ölçüsü kiçik olan bu emblemə diqqətlə baxdıqda isə üzərində ''Euro motor cars'' sözləri yazılıb. Araşdırmamız nəticəsində məlum oldu ki, sözügedən avtomobilin sürücü Şahin Xanaliyevdir. Həmin şəxs kamera qarşısında danışmağa razı olmasa da, avtomobilinin üzərindəki rənglərin erməni bayrağı ilə əlaqəsi olmadığını və maşını 6 il əvvəl Bakıda fəaliyyət göstərən satış salonundan aldığını bildirib.
Sürücünün sözlərinə görə, o, Macarıstanda yaşayır və çox az hallarda avtomobili idarə edir.
Nişanın məxsus olduğu şirkət barəsində axtarış etdikdə isə məlum olur ki, avtomobil satışı ilə məşğul olan bu şirkət Amerikanın Marlyand ştatında fəaliyyət göstərir. Şirkətin logosunun Ermənistan bayraqının rənglərindən ibarət olması isə onun sahibinin də erməni olması ehtimalını yaradır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov açıqlamasında bildirib ki, bu hala görə həmin sürücüyə hər hansı cəza tətbiq etmək mümkün deyil. Yalnız sürücü ilə əlaqə saxlanılıb və həmin sürücü artıq sözügedən nişanı avtomobilindən çıxarıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7218   Tarix: 22 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021