Messidən Azərbaycana qarşı şok addım

Messidən Azərbaycana qarşı şok addımArgentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib.

Sonxeber.az "Report"-a istinadən verdiyi məlumata görə, bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.

Xəbərdə bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə tutulan yoldaşlıq görüşündən əvvəl Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq niyyətində olub. Bu istək hər iki ölkənin 2018-ci il dünya çempionatının keçiriləcəyi Rusiyaya yaxınlıqdan irəli gəlib. Lakin danışıqların müsbət məcrada davam etdiyi vaxt aparıcı futbolçular ilk növbədə Nigeriya ilə üz-üzə gəlməyi məqsədəuyğun sayıblar.

AFA-nın baş məşqçi ilə danışdıqdan sonra kapitan vasitəsilə futbolçularla məsləhətləşməsinin səbəbi isə əksər oyunçuların uzaq yol qət etmələrindən irəli gəlib. Oyunçulara ilk yoldaşlıq görüşü üçün Nigeriya, Azərbaycan və ya Ukrayna variantları arasında seçim etmələri təklif olunub. Lakin komanda üzvləri Nigeriya variantında israr ediblər.

Qeyd edək ki, Argentina - Nigeriya matçı noyabrın 14-də Krasnodarda keçiriləcək. Artıq hər iki ölkə dünya çempionatına vəsiqəni təmin edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2975   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

İki nəfərin qatili ömürlük həbs cəzasından narazıdır

Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından narazıdır. -ın xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalə

11 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021