Həbsdən adam qaçırdan müğənni Fədayə Laçına həmkarları belə reaksiya verdi - FOTO

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərən müğənni Fədayə Laçına həmkarlarından dəstək gəlib.

Sonxeber.az goldnews.az-a istinadən xəbər verir ki, müğənnilər sosial media hesablarından Fədayə Laçın haqqında fikirlərini bölüşüblər. Onlar müğənninin sevgisinin qurbanı olduğunu bildiriblər.

Ona dəstək olanlardan biri də həmkarı Murad Arif olub. O, müğəninin düşdüyü vəziyyətə gülənləri tnqid edib.

"Fədayə Laçın çox qiymətli səsdir. Tamaşaçını, gözəl ifasının fövqündə onun heç nəyi maraqlandırmamalı... Yerdə qalan məqamları hüquq keşikçilərinə buraxın. Hər eşitdiyinizi bir az daha bəzəyib, istehza yarışına çıxartmaq vacib deyil. Ümumiyyətlə, nəyə sevinirsiniz ki?"

Rəqsanə İsmayılova

"Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq nə olsun ki, müğənniyik. Qanun hamımız üçündür. Amma çox pis oldum. Allah səbir versin. Fədayəylə yaxın dost olmasam da bir qadın, bir ana kimi üzüldüm. Allah yolunu açıq eləsin. Sevmək gözəldir. Hər insan sevə bilər. Axı sevgi heç bir sərhəd, qorxu tanımır. Belə sevginin sonu belə acılı bitir".
Həbsdən adam qaçırdan müğənni Fədayə Laçına həmkarları belə reaksiya verdi - FOTOHəbsdən adam qaçırdan müğənni Fədayə Laçına həmkarları belə reaksiya verdi - FOTOHəbsdən adam qaçırdan müğənni Fədayə Laçına həmkarları belə reaksiya verdi - FOTOHəbsdən adam qaçırdan müğənni Fədayə Laçına həmkarları belə reaksiya verdi - FOTO

Şou-biznes   Baxılıb: 3324   Tarix: 31 oktyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR