Məhbusları qaçırdan müğənni Fədayə Laçına məşhur müğənnidən dəstək: "Yıxılana balta vururuq"- FOTO

Məhbusları qaçırdan müğənni Fədayə Laçına məşhur müğənnidən dəstək: "Yıxılana balta vururuq"- FOTOMüğənni Rəqsənə İsmayılova Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçına dəstək olub. Sonxeber.az bildirir ki, ifacı sosaal şəbəkədə Fədayə Laçını qınayanlara belə cavab verib:

"Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq nə olsun ki, müğənniyik. Qanun hamımız üçündür. Amma çox pis oldum. Allah səbir versin. Fədayəylə yaxın dost olmasam da bir qadın, bir ana kimi üzüldüm. Allah yolunu açıq eləsin. İndi Lalə Məmmədovanın yazısın oxudum ağladım nədənsə biz sənətdə olan insanlar belə gün olanda heç zaman bir-birimizə kömək olmuruq. Allah şeytana lənət etsin, inşallah. Allah yardımın köməyin olar. Türkiyədə Dəniz Səki tutuldu, çıxdı bütün müğənillər yığıldı. Ona klip çəkib dəstək oldu gedib ona baş çəkdi. Bu gün Dəniz Səki hamıdan çox pul qazanır, bütün günü konsertlərdədi. Baxın səhv hamının həyatında olur niyə biz ancaq insanı baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Ehh, nə deyim Fədayə, inşallah yenidən azadlıqda olarsan. Bu həyatda biz insanlarda hamımız fani həyatda dünyada yaşayırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd, qorxu tanımır. Belə sevginin sonu belə acılı bitir".

Məhbusları qaçırdan müğənni Fədayə Laçına məşhur müğənnidən dəstək: "Yıxılana balta vururuq"- FOTO

Şou-biznes   Baxılıb: 2055   Tarix: 31 oktyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az