Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…

Seriyalı qatillər tarixdə öz dəhşətli əməlləri ilə iz qoyublar. Onlardan Ameliya Dayer adlı qadın var ki, "xeyirxah niyyətlərlə" örtülərək, bir neçə yüz körpə uşağı həyatdan məhrum edib…
Onun təcrübəsi sübut edir ki, yaxşılıq adı altında bəzən qeyri-insani qəddarlıq, daşürəklilik və psixikanın açıq nasazlığı gizlənir. Və uşaqları dayəyə etibar edərkən bir daha ciddi düşünməyə əsas verir.
Körpə uşaqların qatili, sonda ifşa olunaraq edam edilən Ameliya Dayer haqda oxucuları məlumatlandırır.

Ameliya çoxuşaqlı ailədə - Bristol şəhərində doğulub. Uşaqlıqdan onun payına ağır sınaqlar düşüb – o, 4 kiçik qardaş və bacısının və ağıldan məhrum olmuş anasının qayğısına qalmağa məcbur idi.
Böyüyüb, Ameliya tibb bacısı kurslarını bitirir və kəbinsiz uşaq dünyaya gətirən qızlara kömək etməyə başlayır. Ameliya yeni doğulmuş körpələri öz himayəsinə götürməyi təklif edir, bununla da qızlara biabırçılıqdan qurtulmağa şərait yaradırdı.
Ameliya ingilislərin təbirincə desək, "beybi-fermer" idi - bildiyimiz dayəliyin bir forması. O, əsasən kəbinsiz doğulan uşaqların ailələrinə guya yardım etmək məqsədilə körpələri öz qəyyumluğu altına alırdı. Əslində isə, onun əlinə düşmüş müdafiəsiz körpələri öldürür, cəsədlərini Temzaya atırdı.
Ameliya Dayerin cinayətləri haqqında qəzetdə nəşr.
Öldürülərək çaya atılmış bir uşağın örtüyündə qatilin diqqətindən yayılaraq zərf qalır. Tapılmış bu dəlil müstəntiqləri Ameliya Dayerə gətirib çıxarır.
Bütovlükdə, "beybi-fermer"lik Britaniyada geniş yayılmışdı. Buna səbəblər var idi: birincisi, bir çox qızlar biabırçılıqdan çəkinirdilər, ikincisi, hamiləliyə qarşı dərman hələ ixtira edilməmişdi, üçüncüsü, qanun kişilərə öz kəbinsiz uşaqlarını saxlamağa imkan vermirdi. Bu baxımdan, təsadüfi münasibətlərdən doğulan uşaqları böyütmək üçün həmişəlik dayələrə verirdilər.
Qonşular şübhələnməsinlər deyə, o, tez-tez yaşayış yerini dəyişir, yerli qəzetlərdə elan yerləşdirərək yeni uşaqlar yığırdı. Uşaqlardan birinin cəsədinin Redinq şəhərinin ətrafında çayda tapılmasından sonra qanlı qatilin izinə düşüldü.
Ameliyanın evində axtarış zamanı tapılan dəlillər onu göstərirdi ki, cinayətləri məhz o törədib. Həmçinin evdə qəzetlərdə yerləşdirilmiş elanların ödənişi üçün qəbzlər aşkar edildi. İzləri dolaşdırmaq üçün Ameliya, elanlarda uydurulmuş adlardan istifadə edirdi.
Bütün cinayətlər 1860-cı illərin ortalarında törədilmişdi ki, bu zaman Ameliya 27-28 yaşında idi.
Ameliya Dayer cinayətlərindən bəhs edən muzey stendi.

İstintaq həm də onu göstərdi ki, Ameliya müştərilərlə saxta müqavilələr imzalayırdı. O, söz verirdi ki, uşağın heç nəyə ehtiyacı olmayacaq və yaxşı şəraitdə yaşayacaq, amma körpə onun əlinə düşən kimi, onu ölüncəyə qədər ac saxlayırdı...
Uşaqlar daha az kapriz etsinlər deyə, Ameliya onlara tiryək preparatları verirdi. İlk illərdə mənfur qatil uşaqların ölümlərini qanun üzrə qeydə alırdı. Guya müxtəlif xəstəliklərdən dünyasını dəyişiblər. Ancaq onun əməkdaşlıq etdiyi həkim şübhələnməyə başlayanda, ehtiyat edərək o, cəsədlərdən müstəqil olaraq qurtulmağa başladı.
Bəzi qiymətləndirmələrə görə, Ameliya 300-dən çox uşaq öldürüb. Onun işi polisə düşəndən sonra, hökumət "beybi-fermerlər"in fəaliyyətinə ciddi nəzarət etməyə başladı.
Mənfur qatil 1896-cı ildə ölüm cəzasına məhkum edildi. İttiham o qədər ciddi idi ki, qərardan şikayət vermək nəzərdə tutulmurdu. Qərar dərhal icraya yönləndirildi.
Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2997   Tarix: 31 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart