"Qarabağ"dan qələbəyə bərabər heç-heçə - YENİLƏNİR

"Qarabağ"dan qələbəyə bərabər heç-heçə - YENİLƏNİR"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV turun oyununu keçirib.
Azərbaycan təmsilçisi İspaniyada "Atletiko"nun qonağı olub.
Madriddəki "Metropolitano" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib. Ağdam klubu fasiləyə öndə çıxıb.
İkinci hissədə "Atletiko" bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas Partey 56-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə endirib.
Çempionlar Liqası, IV tur, C qrupu
31 oktyabr
23:45. "Atletiko" (İspaniya) – "Qarabağ" (Azərbaycan) 1:1
Qollar: Partey, 55 - Miçel, 39.
Qırmızı vərəqə: Saviç, 88 - Pedro Enrike, 58.
Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Nyiqes, 11. Anxel Korrea, 14. Qabi (kap), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro
Ehtiyat oyunçular: 1. Migel Anhel Moyya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 19. Lukas Ernandes, 16. Şime Vrsalko, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes
Baş məşqçi: Dieqo Simeone
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Klefe, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benyamin Brand
Dördüncü hakim: Eduard Baytinqer (hamısı Almaniya)
Madrid. "Metropolitano" stadionu
Xal durumu: "Çelsi" – 7, "Roma" – 5, "Atletiko" – 2, "Qarabağ" – 1.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1289   Tarix: 01 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında uğurlu çıxış edib. "Report" xəbər verir ki, yarışda üç atla mübarizə aparan idmançı böyük atlar (Qızıl Tur) arasında üç qızıl medal əldə edib. Qey

6 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel