Əməkdar artist Fədayə ilə bağlı çağırış etdi: "Bəsdirin!"

Əməkdar artist Fədayə ilə bağlı çağırış etdi: "Bəsdirin!"Müğənni Fədayə Laçının həbs olunması xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla isti münasibəti ictimai qınağa səbəb olub.

Əməkdar artist Firuzə İbadova isə aznews.az-a müsahibəsində həmkarını qınayanlarla razılaşmadığını bildirib.

- Sevgi günah hesab edilməyən bir anlayışdır. İnsan insanı sevər. Söhbət qadın-kişi münasibətindən gedir. Fədayəni qınaq obyektinə çevirmək gülüncdür. Axı o, neynəyib? Onu niyə qınamalıdırlar? Onun sevgisini günah kimi təqdim etməmək, açıb-ağartmamaq lazımdır. Yıxılana balta çalan çox olar. Hadisədir də olub...

- Yəqin ki, baş verənləri izləyirsiniz...
- Bəli, mənə pis təsir edir. Fədayə üzdə olan, sözün həqiqi mənasında, sənəti olan gənc xanımlardan biridir. Özü də yaxşı ifaçı, dəyərli səs sahibidir. Onunla bağlı yazılanları oxuduqca çox üzüldüm. Allahdan arzu edək ki, qısa zamanda qapısını açsın. Onu qınayanlar anlamırlar ki, sevgi yaşa baxmır; qəlbinə girdisə, sevirsən, gözünə heç nə, heç kim görünmür, kor, kar, lal olursan.

Bir də ki, qadın ailə qurmalıdır. Bu, onun haqqıdır. Elə qadınlar var ki, əri yoxdursa, özünə çəkilir. Bilir ki, övladı var, onu böyütməlidir. Gözünü də övladının sevgisinə dikir. Açığı, mən belə xanımlardanam. O ki qaldı Fədayənin seçiminə, bu, mənim də cavanlığımda ola bilərdi - kimisə sevə bilərdim. Məncə bəsdir, sevən qadını bu qədər qınamaq olmaz.

- Fədayəni qınayanlara nə tövsiyə edərdiniz?
- Anlamıram, Fədayə nə cinayət törədib? Sevib də... o, cinayətkar deyil, müğənnidir. Heç istəsə də cinayət törədə bilməz. Bir də ki, günahsız bəndə yoxdur axı. Kim desə mənim günahım yoxdur, yalan danışır. Hamı həyatda günah edib. Gəlin bir az humanistlik edək, əl çəkək bu qadının yaxasından. Onsuz da onun dərdi özünə yetər. Bir dərd də biz verməyək. Dövlətimiz və qanunlarımız var. Qoyun hər şey qanunla tənzimlənsin. Kaş ona qanundan kənar bir güzəşt olaydı...qadındır, yazıqdır, cavandır. Hamının səhvi olar. Heç kəs olacaqlardan sığortalanmayıb. İndi onun anasını, ailəsini düşünün, görün nə haldadırlar? Övladı var, özü də oğlan. Azca da onun gələcəyini düşünək. Əvvala istəyərdim ki, heç bu sevgi olmasın. Sevgi insanı uçuruma aparır, xətalara sürükləyir. Fağır adamdır, onun heç kəslə işi olmazdı. Başını aşağı salıb sənəti ilə məşğul olardı. Onu niyə bu yola sürüklədilər? Bəlkə elə bu yolu Fədayə özü seçdi? Hər nə isə, gərək belə hal baş verməyəydi.

- Kriminal olaylarda adı hallanan sənətçilərimizin sayı gündən-günə artır. Bu, onların sənətinə necə təsir edir?
- Sənət aləmində belə halların olması mədəniyyətə heç nə vermir. Sənətkarsansa, sənət çərçivəsində hərəkət etməlisən. Kriminal aləm səhnəlik deyil. Hərdən mənə də sual verirlər ki, siz sevmirsiniz? Cavabında deyirəm ki, mənim sevgim ölüb, torpağın altındadır. Yoldaşım rəhmətə gedib, başımı aşağı salıb uşağımı böyüdürəm. Mən də belə qadınam.

Fədayə bəlkə də mən yaşa çatanda peşman olar, özünə sual verər ki, "mən niyə sevdim?". Bilirsiniz, sevən qadın güclü olmalıdır. Həm də sevgi ilə ağıllı rəftar etməlisən. Çünki sevgi bəzən insanı intihara da aparır...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 8515   Tarix: 01 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021