Fədayə Laçının həbsdən qaçırdığı avtoritet sevgilisi "Qoca" belə öldürüldü - TƏFƏRRÜAT - VİDEO

Fədayə Laçının həbsdən qaçırdığı avtoritet sevgilisi "Qoca" belə öldürüldü - TƏFƏRRÜAT - VİDEOXəbər verdiyimiz kimi Bakıdakı atışmada yaralanan "Qoca" ləqəbli Etibar Məmmədov ölüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a bildirib ki, "Qoca" ləqəbli Etibar Məmmədov dünən gecə saatlarında keçirilən əməliyyat zamanı ağır yaralanıb. Vəziyyəti ağır olan "Qoca" səhər saatlarında xəstəxanada ölüb.
***

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.
Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov olub.
E.Məmmədov atışmada yaralanıb və ölüb.

Kriminal   Baxılıb: 17632   Tarix: 02 noyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az