Bakıda məşhur taksi şirkəti müştərini yolda qoydu

Bakıda taksi şirkətlərindən şikayətlərin sayı hər keçən gün daha da artır.

Sonxeber.az azxeber.com-a istinadən xəbər verir ki, tanınmış telejurnalist Günay Yelmarqızı 99-33 taksi şirkətinin məsuliyyətsiz və laqeyid xidmətindən gileylənib.

O başına gələnləri belə şərh edib: "Səhər tezdən uşağı məktəbə aparmaq üçün taksi sifariş etmişdik. 15-20 dəqiqə sonra mesaj gəldi ki, filan nömrəli taksi sizi gözləyir. Taksi sürücüsünün telefon nömrəsi də qeyd olunmuşdu mesajda. Düşdük həyətə, gördük ki, maşın yoxdur. Taksi sürücüsünə zəng edib sizi gözləyirik dedikdə heç gözləmədiyim cavab eşitdim "Mən sizin sifarişdən imtina edib, başqa sifariş üçün gəlmişəm və bu haqda operatora məlumat vermişəm".

Yenidən operatorla əlaqə yaratdığını deyən xanım jurnalist cavab olaraq bunları eşidib: "Bizdə belə şeylər olur"

Jurnalist Gəray Qiyasov isə adıçəkilən şirkət haqda bu sözləri yazıb: 9933 - taxi xidməti deyil, komediyadır. Bir dəfə Səadət Sarayı tərəfdə sifariş verdim. 20 dəqiqə sonra operatora zəng elədim. Qayıtdı ki, "Siz zəng edib, sifarişdən imtina etmisiz!" Dedim, "Ay başına dönüm, bir bax gör bu nömrədən zəng gəlib?" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina edə bilərəm mən? Axı zəng eləməmişəm?! Operator: ERROR... Sonra dedilər ki, "Göndəririk"...

20 dəqiqə sonra bir də yığdım... Operator: "Sizə maşın təyin etmişdik. Sürücü zəng elədi ki, müştəri sifarişdən imtina edib!" Dedim, "Ay xanım, siz bəyəm mənə sürücünün nömrəsini göndərmişdiz ki, bir ona da zəng eliyib, imtina edim?!" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina eləmişəm?! Operator: ERROR... Sonra "göndəririk"... yarım saat sonra taksi gəldi...

*** İkinci hadisə: "Montin"dən evə gedirəm, 9933-ə zəng elədim... 20 dəqiqə sonra taksi gəldi, mindim. 10 dəqiqə sonra başqa nömrədən zəng gəldi: "Salam. taksi sifariş eləmisiz. Mən burdayam!" Bu dəfə mən ERROR... "Qardaş, mən artıq taksi ilə evə gedirəm eee. Bunlar neçə nəfəri göndəriblər?!" Bu vaxt mindiyim taksinin sürücüsü: "Qardaş, bu yaxşıdı eee. O gün bir sifarişə 3 dənə taksi göndərmişdilər!"

Qeyd edək ki, 99-33 taksi xidmətindən istifadə edən müştərilər bu xidmətdən tez-tez narazı qalır və məsiliyyətsiz, kobud sürücülərlə rastlaşdıqlarını qeyd edirlər.
Bakıda məşhur taksi şirkəti müştərini yolda qoyduBakıda məşhur taksi şirkəti müştərini yolda qoydu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1914   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

18 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18 dekabr
.

Şəhid qızının məzarlıqda atasına ünvanladığı sözlər ürəkləri dağladı - VİDEO

Şəhid Onur Çapanın azyaşlı qızının atasının məzarı başında söylədiyi sözlər sosial şəbəkələrdə dərin təsir yaradıb. türk mediasına istinadən xəbər verir ki, atasına səslənən uşaq, "Ata, qərar verə bilmirəm, əsgər olum, yoxsa müəllim…" sözləri ilə həm arzularını, həm də ona olan həsrətini dil

18 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Restorandakı yanğın söndürüldü - Video - Yenilib

Sumqayıtda "Siyans" hoteli yanır. "Report"a istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. *. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən

19 dekabr
.

Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı

Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd

20 dekabr
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

18 dekabr