Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏT

Əgər artıq sizə evlilik mövzusuyla bağlı tez-tez suallar ünvanlanırsa, təbii olaraq evlilik haqqında düşünməyə başlayırsınız. Lakin bu o qədər ciddi addımdır ki, bir qərar bütün həyatınıza təsir edə bilər. Uzun müddət davam edən bir münasibətiniz varsa, özünüzü bu addımı atmağa hazır hiss edirsinizsə, sizə bundan əmin olmaq üçün 5 vacib əlaməti nəzərdən keçirməyinizi təklif edirik.

Sevginizin "rəngini" müəyyən edə bilirsiniz.

Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏT16-18 yaşında vurulduğunuz günləri yəqin ki, xatırlayırsınız. Bu sevgilər adətən böyük hisslər adıyla başlayır, əsəb, gərginliklə davam edir və eyni sürətlə də sona çatırdı. Gəncliyin ilk illərində belə münasibətlər yaşamaq çox normaldır. Lakin siz əgər sağlam sevgini müəyyənləşdirəcək qədər kamilləşmisinizsə, artıq ciddi addım atmaq məqamındasınız. Əgər sevginiz gərginlik, çılğınlıq üzərində yox, qarşılıqlı sevgi, hörmət əsasında qurulubsa və siz bu münasibətə dəyər verə bilirsinizsə, deməli evlilik üçün ilk sınaqdan keçmisiniz.

Sevginin əsasında azadlıq durduğunu dərk edirsiniz

Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏTSiz asılılıq və qısqanclıq sınaqlarından çıxmısınız. Artıq həyatınızda qurduğunuz münasibətlər inam və etibar üzərində formalaşır. Qarşılıqlı inamın olduğu yerdə isə hər iki tərəf müstəqil fərd olaraq da həyatına davam edir və bir-birindən asılılıq kimi artıq şeyə ehtiyac qalmır. Bu cür münasibət yaşayan insanlar həm biz, həm də bir olmağı bacarır və həyatdakı müxtəlif çətin situasiyalara qarşı da hazır olurlar.

Birlikdə gələcəyə dair planlar qurursunuz

Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏTƏgər siz sevgilinizlə gələcəyə dair planlar qurur, hətta bəzən uşaqlarınızın adı barədə kiçik "mübahisələr" də edirsinizsə, demək evlilik düşüncəsi sizi qorxutmur və qarşınızdakı insanı həyatınızın bir parçası olaraq qəbul etmisiniz. Bu halda isə ciddi addım atmamaq üçün heç bir əsas qalmır.

Problemləri birlikdə həll etməyə çalışırsınız.

Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏTEvli olmaqla sevgili olmaq arasında ən böyük fərq həyatda qarşılaşdığınız problemlərlə birlikdə üzləşməkdir. Əgər siz sevgilizlə də problemləri birlikdə həll etmək mərhələsinə qədər qalxmısınızsa, asanlıqla həmin adama güvənə bilərsiniz.

Maddi məsələri rahat müzakirə edə bilirsniz.

Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib ƏLAMƏTCütlük arasında ən vacib məqamlardan biridir. Bəzən insanlar bu məsələni arxa plana atır və əhəmiyyət vermir, evləndikdən sonra isə böyük problemlər meydana çıxır. Əgər siz sevgilinizlə maddi uğur və ya problemlərinizi asanlıqla bölüşə, onunla bu mövzularda müzakirə edə bilirsizsə, təbrik edirik - siz öz insanınızı tapmısınız.
pahoo.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2714   Tarix: 05 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

7 aprel
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

7 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

7 aprel
.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel