Moskvada polis azərbaycanlılara məxsus avtosalonlara basqın edib
Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları "Rosqvardiya"nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.
Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur".
Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib.
Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər.
Mənbə: APA
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1992 Tarix: 07 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli
Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm
12 sentyabr 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı
Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi
4 sentyabr 2021Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü
Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya
16 sentyabr 2021