Öldüyü deyilən azərbaycanlı müğənni ABŞ-da tapıldı - Müsahibə

Öldüyü deyilən azərbaycanlı müğənni ABŞ-da tapıldı - MüsahibəÖtən əsrin 90-cı illərinin sonunda məhşurlaşmış müğənnilərindən biri, uzun müddət haqqında heç bir məlumat olmayan, bəzi iddialarda hətta öldüyü deyilən Şeyla Teleqraf.com-a müsahibə verib.

Şeyla xanımla söhbəti təqdim edirik.

- Əvvəllər də haqqınızda çox az məlumatlar dərc olunub. Öncə bilmək istərdik, siz kimsiniz?

- Bakıda anadan olub böyümüş, əkizlər bürcünün nümayəndəsi, kosmopolit, yaradıcı təbiətə malik praqmatik bir qadın... 2009-cu ildən ABŞ-da yaşayıram. Evliyəm, iki övladim var. Orta musiqi və ali maliyyə təhsili sahibiyəm. Hazırda turizm sənayesində çalışıb marketinq üzrə təhsil alıram.

- 90-ci illərin sonu, 2000-ci illərin əvvəlində məşhurlaşan Şeyla gözlənilmədən yoxa çıxdı. Bəziləri onun öldüyünü, bəziləri isə ABŞ-da dizayner işlədiyini yazdı. Siz Fesybukda bu məlumatları təkzib etdiz. Şeyla harda idi, niyə efirlərdən uzaqlaşdı?

- Sənətdən getməyimə çox səbəb vardı, zamanla onların hamısı musiqiyə olan marağımı azaltdı. Bəlkə də ən başlıca səbəb - Azərbaycan musiqisinə bir qədər gec gəlməyim oldu. Mən 90-cı illər musiqisinin pərəstişkarı idim. O zamanlar "Karvan", "Yuxu", "Rast" kimi musiqi qrupları parlamağa başlayırdı. Həmin ərəfədə həmçinin Brilyant Dadaşova, Faiq Ağayev və Aygün Kazımovanın yaradıcılığının çiçəklənmə dövrü idi.

Mənim fikrimcə, o dövrdə məhz onlar daha parlaq və özünəməxsus ifa tərzi ilə seçilirdilər. Düzdür, ağır müharibə illərindən sonra vətən yeni başlanğıclar və parlaq gələcəyə doğru ümidlər yaşayırdı. Təbii ki, bu, musiqi aləminə də öz təsirini göstərirdi. Eyni zamanda böyük pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsir göstərməyə başlayırdı.

2000-ci illərdə artıq hər sonrakı mahnı öncəkinə bənzəməyə başladı. Həmin vaxt mən bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım.

Bundan əlavə, mən şou-biznesə zarafat etmiş kimi gəldim. Gəlişim plansız idi. Ailəm musiqi marağıma hobbi kimi yanaşırdı. Düşünürəm ki, dinləyicilərim təəccüblənəcəklər biləndə ki, mahnı oxuduğum zaman, ondan öncə və sonra ticarət və biznes sferasının müxtəlif mövqelərində çalışmışam. Təhsilim maliyyə sahəsi ilə bağlıdır. Müğənnilik toylardan, restoranlardan və tədbirlərdən əldə olunan qazanc forması kimi məni maraqlandırmırdı. İştirakçısı olduğum çox nadir çıxışlarım ya xeyriyyə məqsədi daşıyırdı, ya da işlədiyim kompaniya üçün xeyirxah jest idi.

Ən nəhayət, hər dəfə sevgi haqqında oxumağı heç bir zamam təsəvvür edə bilmirdim. Mən həmişə elə düşünürdüm ki, müğənni – "xalqın səsidir" və həmçinin bir şair kimi sosial yük daşıyıcısıdır. Mən Stinq, Pink və kumirim olan Maykl Cekson kimi mühüm sosial hadisələrdən ifa etmək istərdim, lakin dinləyicilər hər zaman "sevgi" haqqında musiqi tələb edirdi…

- Keçən 17 il ərzində həyatınızda hansı yeniliklər olub?

- 2003-cü ildə dünyanı fəal şəkildə kəşf etməyə başladım. Bu ehtirasım məni peşəkar sənaye turizminə сəlb etdi. Müğənilikdən sonra qısa bir müddət fotoqrafiya sənəti və ondan daha da qısa bir müddət jurnalistika peşəsi ilə maraqlanırdım. ABŞ-a məndən qabaq köçən ailəmlə yenidən birləşmək məqsədi ilə gəldim. Bir çoxları bunu necə bacardığımı soruşurlar. Ailəm "qrin kart" lotereyasının qalibi olaraq ABŞ-a köçmək imkanı qazanmışdı. Lakin mən ailəmə 9 ildən sonra qoşula bildim.

2009-cu ildə ABŞ-a köçdüyüm zaman uzun müddət Bakıda işlədiyim Avropa şirkətlərindən bir sıra is təkliflər aldım. Son qərar Los Ancelesdə nümayəndəliyi olan ispan dekorativ plitələr istehsalı ilə məşğul olan şirkətə nəsib oldu və beş il orda çalışdım.

İkinci oğlum dünyaya gələndən sonra mən, nəhayət, ozümü turizm sahəsində sınamağa qərar verdim və tezliklə "TripAdvisor" korporasiyasının bir hissəsi olan "Viator" şirkətində işə başladım. Həyat yoldaşımla San Fransiskoya köçməyimiz də karyerama böyük təkan verdi, çünki Silikon vadisi çoxsaylı texnologiya şirkətlərinin "doğum yeri" sayılır və bildiyiniz kimi, texnologiya olmadan bugünkü turizm sənayesi təsəvvür edilə bilməz.

Lakin Los Ancelesdən köçməyimizin də öz nöqsanları var imiş. Ailəm orada qaldığında mən iki körpə uşaqla valideyn va ya tam iş qrafiki seçimi qarşında düşünməli oldum. Buna görə də hazırda ən azı bir müddət Los Ancelesə qayıtmaq fikirindəyik.

- Yenidən efir məkanına dönmək, pərəstişkarlarınızı yeni layihələrlə sevindirmək üçün hansısa addımlar atacaqsızmı?

- Səhnəyə qayıtmağa planlaşdırmıram. Son zamanlar sosial şəbəkədə aktiv fəaliyyətimin əsas səbəbi təhsil aldığım "UC Berkeley Extension" Universitinin digər mövzularla yanaşı, "sosial şəbəkələrdə marketinq strategiyası" ilə bağlı dərs mövzusudur. Kurs işim sosial şəbəkədə yeni səhifə yaradib onu reklam etməkdən ibarətdir.

Bundan əlavə, hər dəfə "Sev" mahnım internetə yüklənildiyi an dinləyicilər mənim sağ olduğumu və səhnədən yoxa çıxmağımın səbəbini soruşurdular. Hətta ağır xəstəlikdən, ya da avtomobil qəzasından vəfat etdiyimi deyirdilər. Düşünüb belə qərara gəldim ki, "Sənsiz" albomumun bütün mahnılarını internetə yükləmək və dinləyicilərimin suallarına cavab vermək anı çatıb.

Artıq dinləyicilərim qısa da olsa yaradıcılıq fəaliyyətim ərzində yazılan bütün mahnılarımı Yutub kanalımda və Feysbuk səhifəmdə dinləyə bilirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5250   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021