Azərbaycanda kərə yağı nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda kərə yağı nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMANazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi. Qeyd edək ki, bu qərar 30 gün sonra tətbiq edilməklə 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. Kərə yağının qiyməti yüksələn zaman biz mətbuata açıqlamamızda ilkin olaraq rüsumların aşağı salıması yolu ilə xərcin azaldılmasına nail olmağı təklif etmişdik.

Sonxeber.az bildirir ki, bu fikirləri GoldNews.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib. Eskpert qeyd edib ki, paralel olaraq isə yerli istehsalı artırmaqla idxaldan asıllığı aradan qaldırmaq və nəticədə dünya bazarındakı qiymətlərin daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir.

"Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq, bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq, onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1566   Tarix: 09 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel