Ərdoğandan Putinə Qarabağ TƏKLİFİ: İrəvan TƏŞVİŞ İÇİNDƏ

İstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə isə demək mümkün deyil.
Bu sözləri Musavat.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə danışarkən söyləyib.

Prezidentlərin görüşü noyabrın 13-də baş tutacaq. Türkiyə prezidenti Azərbaycana səfərini başa vurub geri dönərkən ölkəsinin jurnalistlərinə açıqlamasında Putinlə görüşəcəyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini söyləmişdi. Onun "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək" - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidlər yaradıb.
Xüsusilə də bölgənin iki böyük dövlətin münasibətlərinin normallaşdığı dövrdə Qarabağla bağlı müzakirələrin aparılmasının Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Hətta Rusiyanın Azərbaycanın 5 rayonunu azad etmək üçün Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da səslənir. Bəzi ekspertlər istənilən halda Ərdoğanın Moskvaya əliboş getməyəcəyini, Qarabağla bağlı hansısa vacib detalların müzakirə olunacağını deyir.
T.Zülfüqarov isə hesab edir ki, İrəvan indiki halda cəsarətsizlik nümayiş etdirir:
"Hər halda Sərksiyan kompromisdən danışsa da, ehtiyatlanır. O istəyir biz tərəfdən buna qarşı fikirlər səslənsin. Nəyə görə? Çünki o, başa düşür ki, kompromis yolu ilə irəli getsə, gələn ilin aprel ayında parlamentdə baş nazir seçiləndə çoxluq qazanmayacaq və Rusiyanın ayrı bir fiquru ortaya çıxacaq - indiki baş nazir. O da başa düşür ki, oyun bununla nəticələnə bilər. İndi ermənilərin əsas məqsədi bundan ibarətdir: guya ki, onlar kompromisə gedir, amma Azərbaycan buna "yox" deyir. Ona görə də mən hesab edirəm biz indiki mərhələdə deməliyik ki, yox, bu, alınan şey deyil. Yəni oyun bir az mürəkkəb oyundur. "Yox" desən də bir şey alınır, "hə" desən də, təbii ki, heç nə alınmayacaq. Biz 5 dəfə də "hə" desək, ermənilər bir qarış torpağı da azad edən deyil. Ona görə bizim "yox" deməyimiz formal bir şeydir".
Sabiq nazirin sözlərinə görə, məntiq onu deyir ki, indi gündənmdə "Lavrov planı" var:
"Aprel ayıda tərəflərə təklif olunub, ancaq tərəflər indiyə qədər ona konkret fikir bildirməyib. Bu baxımdan Türkiyənin təşəbbüsü "Lavrov planı" ətrafında ola bilər. Ancaq görək "Lavrov planı"na görə 5, ya 7 rayon ermənilər tərəfindən azad olunacaqsa, bu, Azərbaycana nə verəcək? Prosesin davamı üçün hansı qarantiyalar mövcuddur?
Çünki 2-3 rayon qaytarmaqla gərək proses dayanmasın, irəli getsin. Ancaq əgər bu, baş versə, ermənilər artıq o səviyyədə siyasi, hərbi təminatları alacaqlar ki, onların prosesin davamına heç bir marağı olmayacaq. Ona görə də bu təklif çox diqqətlə analiz olunmalıdır. Misal üçün sülhməramlıların tərkibi və ya əməliyyatların hansı mexanizmlər çərçivəsində həyata keçiriləcəyi dəqiqləşməlidir. İkinci məsələ ondan ibarətdir ki, sülh prosesində tutaq ki, 5 rayon ilk mərhələdə azad olundu. Bu halda ermənilər hansı siyasi təminat alacaqlar ki, sonra onlar bu prosesdən imtina etməsinlər? Birmənalı elan etsələr ki, biz Ermənistana birləşirik, o halda sülhməramlı qüvvələr harda olacaq?"
T.Zülfüqarov bildirdi ki. Lap münaqişə zonasında BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsi də Azərbaycana yaxşı nə isə vəd etmir: "Deməli, Azərbaycan məsələnin həllində özünün suveren hüququnu kiməsə verəcək. Azərbaycan vaxtilə vasitəçiliyi qəbul edib. Amma bu vasitəçilikdən imtina hüququmuz da var. Həmçinin BMT qətnaməsinə uyğun olaraq işğalçıya hərbi zərbə vurmaq hüququmuzu özümüzdə saxlayırıq. Amma bu proses başlayandan sonra biz bu hüquqdan məhrum oluruq. Yəni təhlükələr bundan ibarətdir".
Sabiq nazir bir neçə rayonun müharibəsiz azad olunmasının faydası haqda səslənən fikirlərə də münasibət bildirdi: "Təbii ki, hansısa rayonun azad olunması bizimçün vacib məsələdir. Amma eyni zamanda Rusiya və Ermənistan üçün ən vacibi ondan ibarətdir ki, Azərbaycan hərbi əməliyyatların başlamasını istəmir. Yəni onlar üçün bu regionda real təhlükə bundan ibarətdir. İndiki beynəlxalq vəziyyətdə müharibənin alovlanması Rusiyanın xeyrinə deyil. Kreml istəmir ki, bölgədə yeni müharibə başlasın və Rusiya orada iştirak etsin. Ermənistana gəldikdə, təbii ki, o, öz təhlükəsizliyni yalnız Rusiyanın iştirakı ilə təmin edə bilər. Bu baxımdan Rusiya və Ermənistanın maraqları heç də üst-üstə düşmür. Çünki Ermənistan siyasi elitasının marağı ondan ibarətdir ki, heç nə dəyişməsin və işğal olunmuş torpaqlar Ermənistansa birləşdirilsin. Amma bunu təmin etmək üçün onların imkanları yetərincə deyil və Azərbaycanla müqayisədə imkanlar gün-gündən azalır. Bu mənada hərbi və siyasi təminatçı Rusiyadır. Rusiya status-kvonun qalmasında maraqlı deyil. Çünki başa düşür ki, gec və ya tez hərbi əməliyyatlar bərpa olunacaq. Azərbaycanın qarşısını almaq üçün Rusiya daha böyük qüvvələrdən istifadə etməlidir və bu halda müttəfiqlik əlaqələrindən məhrum olacaq".
Eks-nazir deyir ki, Rusiya belə bir sonluğunu olmasını istəmir: "Ona görə Rusiyanın maraqları ondan ibarətdir ki, hansısa mərhələdə daha sabit vəziyyət yaransın. Ancaq bunun üçün Ermənistan və Azərbaycan bir-birinə nə güzəşt etməyə hazırdır, məsələ budur. Əgər Ermənistandakı siyasi faktoru nəzərə almasaq, bölgədəki əsas oyunçular vəziyyətin daha sabit formasını qalmasında maraqlıdırlar. Burada daha çox Rusiya maraqlıdır. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işğal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiyə təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiyə başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrində maraqlıdır. Bu baxımdan Ermənistandan başqa hamı maraqlıdır ki, irəliyə doğru addım atılsın. Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq. Bunun əleyhinə çıxan Ermənistanın elitasıdır. Rusiya maraqlıdır ki, bölgədə daha sabit sxem yaransın ki, müharibə təhlükəsi uzaqlaşsın. Ruslar başa düşür ki, gec, ya tez Azərbaycan xarici dairələrdən ciddi dəstək alandan sonra torpaqlarını azad etmək üçün hücuma keçə və nəticədə Rusiyanın orbitindən tam şəkildə çıxa bilər".
T.Zülfüqarov Qarabağ məsələsinin Ankara-Moskva danışıqlarının predmetinə çevrilməsini ciddi məsələ sayır: "Çox yaxşı ki, Türkiyə-Rusiya əməkdaşlığın, gələcək strateji portnyorluğun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa nəticə verəcək, ya verməyəcək demək çətindir. Amma həmişə Türkiyənin səsləndirdiyi şərtlərdən biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır. Ermənilər buna görə narahatdır".
Ərdoğandan Putinə Qarabağ TƏKLİFİ: İrəvan TƏŞVİŞ İÇİNDƏƏrdoğandan Putinə Qarabağ TƏKLİFİ: İrəvan TƏŞVİŞ İÇİNDƏMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2328   Tarix: 11 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel