İranda məktəblər bağlandı

İranda məktəblər bağlandıİranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.

Sonxeber.az trend-ə istinadən xəbər verir ki, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.

Zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

Dünyada   Baxılıb: 1135   Tarix: 13 noyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR