Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİAzərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ictimaiyyətə müraciət edib.
Mərkəzin İnformasiya şöbəsindən Sonxeber.az-a verilən məlumatda qeyd olunub ki, noyabr 12-də yerli vaxtla saat 22:18:16-da İran-İraq ərazisində maqnitudası Mw=7.2 zəlzələ qeydə alınıb.
Bildirilib ki, zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ərazisində və cənub rayonlarında zəif hiss olunub: "Qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub.
AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhəddində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur.
Odur ki, bütün jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatçılıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağınızı xahiş edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3572   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyi

29 mart
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

29 mart
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart