Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...

Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya..."Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları bundan sonra da davam edəcək".

Sonxeber.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gürcüstanda 4 nazirliyin ləğvi və digər nazirliklərə birləşməsinin post-sovet məkanına təsiri barədə analitiklərin açıqlamasını şərh edərkən deyib.

Millət vəkili bu islahatların Azərbaycanda daha öncə başladığını və mərhələli şəkildə davam etdiyini vurğulayıb:

"Qonşumuz Gürcüstanla yanaşı, bizdə də islahatlar gedir. Fikir verdinizsə, Azərbaycanın dövlət başçısı əvvəlcə Prezident Administrasiyasında ciddi islahatlar apardı. Nəticədə müşavirlik institutu ləğv olundu və onun yerində köməkçi institutu bərpa edildi. Daha sonra prezident Nazirlər Kabinetinin strukturunu yenidən təsdiq etdi və müəyyən şöbələr birləşdirildi, bir qismi isə ləğv edildi. Bundan öncə isə Nəqliyyat Nazirliyi və MTN ləğv edilmişdi. Həmçinin vitse-prezidentlik institutu fonunda hesab edirəm ki, Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları davamlı olacaq. Qarşıda bizi mühüm dəyişikliklər gözləyir. Ümumiyyətlə, indiki zamanda iqtisadi və siyasi islahatların davamlı olmasına ehtiyac var, daha çevik qərarlar qəbul edən hökumət formalaşmalıdır və hazırda bu proses normal səviyyədə həyata keçirilir".

Millət vəkili növbəti dəyişikliyin vaxtı ilə bağlı da danışıb:

"Bu islahatlar birbaşa prezidentin səlahiyyətindədir və vaxtı yetişdikcə aparılır. Növbəti mühüm dəyişikliklərin vaxtını da prezident özü müəyyən edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6255   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Əməkhaqqı artımı qiymətlərə təsir edəcək?

2023 cü ilin ilkin məlumatlarına əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11.2 faiz artaraq 933 manat 80 qəpik təşkil edib. Bəs əməkhaqqı artımı qiymətlərə təsir edə bilərmi?. xəbər verir ki, bununla bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib. O bildirib ki, bu göstəric

8 fevral
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart