Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombaladılar

Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombaladılarTəlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.
Minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.
Hazırda istintaq tədbirləri həyata keçirilir.

Mənbə:report.az

Siyasət   Baxılıb: 1218   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR