Dövlət Dil Komissiyasının görəcəyi işlər açıqlanıb

Dövlət Dil Komissiyasının görəcəyi işlər açıqlanıb"Dövlət Dil Komissiyasının görəcəyi işlərin ümumi mahiyyəti Azərbaycan dilini ayrı-ayrı sahələrdə, ayrı-ayrı funksional üslublar çərçivəsində daha da inkişaf etdirmək, aşkar olunan qüsurları, boşluqları aradan qaldırmaqdır".
Bunu "Report"a açıqlamasında Dövlət Dil Komissiyasının yeni üzvü, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.
O bildirib ki, Orfoqrafiya lüğətinin yenidən çap olunmağına, əvvəlki lüğətin təkmilləşdirilməsinə ehtiyac var: "Bununla bağlı hazırda Dilçilik İnstitutunda işlər gedir. Lüğət hazırlanıb dövlət tərəfindən təsdiqlənəndən sonra çapa tövsiyə olunacaq".
M.İmanovun sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 13-də imzaladığı sərəncama uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanacaq: "Tədbirlər planında yer alacaq vacib istiqamətlərdən biri də dilin tələffüz qaydalarının təkmilləşdirilməsidir. Tələffüz qaydalarının təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Radio və televiziya verilişlərində olan aparıcıların tələffüzündə bu problem daha qabarıq şəkildə hiss olunur. Jurnalistlər orfoqrafiya qaydalarını bəzən pozur, ümumi normativlərdən kənara çıxır, bəzən kim necə istəyir sözləri elə də tələffüz edir, dialektlərdən istifadə edirlər. Bunlar yolverilməz qüsurlardır, bu problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var".

Mütəxəssis qeyd edib ki, digər istiqamət terminlərlə bağlı problemdir: "Müxtəlif elm sahələri ilə bağlı ali məktəblərdə yeni tədris olunan fənlərə aid olan terminlərə ehtiyac var ki, yenidən baxılsın. Heç kim alınma sözlərin Azərbaycan dilində işlənməsinin, dilə yeni söz gəlməsinin əleyhinə deyil. Əsas məsələ həmin sözlərin dilin tələffüz qaydalarına uyğunlaşdırılması və Azərbaycan dilində qarşılığı olan sözlərin qarşılığının tapılmasıdır. Daha bir həll olunmalı məsələ isə Azərbaycan dilində olan sözün yersiz olaraq əcnəbi sözlə əvəzlənərək işlənməsidir".
M.İmanov bildirib ki, qeyd olunan məsələlərin ayrı-ayrı qurumlar tərəfindən həll olunması nəzərdə tutulub: "Elmin ayrı-ayrı sahələrində çalışan alimlərin də bu prosesdə iştirakı planlaşdırılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 600   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanda sistem dəyişməlidir, bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR" - SOSİOLOQ

Ötən günlərdə yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs Azərbaycan da əlilliyi olan şəxslər pensiyaya daha ərkən çıxa billərmi?

17 aprel
.

Qızıldaş Mədəniyyət Mərkəzində kanalizasiya problemi - Sakinlər antisanitariyadan şikayətlənir (VİDEO)

Qızıldaş Mədəniyyət Mərkəzinin arxasında yerləşən kanalizasiya xətti dolub daşır. Bu barədə Qaynarinfo-ya Qızıldaş qəsəbəsinin bir qrup sakini bildirib. Onların sözlərinə görə, kanalizasiyanın dolub-danışması nəticəsində ərazidə antisanitariya hökm sürür. Bu isə qəsəbə sakinlərinin mərkəzin həyətindək

17 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperatur

17 aprel
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17 aprel
.

13 yaşlı qızla münasibətdə olan şəxsə hökm oxundu

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Hacıqabul rayonunun kəndlərindən birinin sakini, 2002-ci il təvəllüdlü Taleh Mərdanova (ad və soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə 22 yaşlı Taleh Cinayət Məcəlləsini

17 aprel
.

Daha bir sabiq deputat vəfat etdi

Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 86 yaşlı alim bu gün dünyasını dəyişib. Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. "91-lər"in tanınmış nümayəndələrindən olan İsgəndər Quliye

17 aprel
.

Azyaşlılarda bu xəstəliklər artıb

"Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetik

17 aprel