"Qoca" ilə birgə qaçan məhbus prezidentə müraciət etdi VİDEOMÜRACİƏT

"Qoca" ilə birgə qaçan məhbus prezidentə müraciət etdi VİDEOMÜRACİƏTOktyabrın 23-də qatardan qaçan məhbus Əli Ağaminin yaxınları PrimeTime.Az saytına müraciət ediblər.

Onlar saytımıza ötən gün 19 il müddətinə azadlıqdan məhrum edilən məhbusun ölkə başçısı İlham Əliyevə videomüraciətini göndəriblər.

Saxlanılmamışdan bir müddət əvvəl çəkilən videolarda Ə.Ağami prezidentdən kömək istəyib və qanunlara güvənərək polisə təslim olacağını bildirib:
"Cənab prezident, mən 2 il öncə Rusiyadan Şirvan şəhərinə övladımın doğum günü üçün gəlmişəm. Həmin gün silahlı insidentdə şərlənərək həbs olunmuşam. Boynuma ölüm işi qoyublar. Bu işə düzgün baxılması üçün sizə müraciət edirəm. Həbsdən qaçmağıma səbəb odur ki, işimi düzgün aparsınlar. Mənim iki övladım, xəstə anam və şikəst qardaşım var. Onlara görə mənim məsələmə diqqət ayırmağınızı sizdən xahiş edirəm".
PrimeTime.Az-a açıqlama verən Ağaminin anası Pərvin Hüseynova da prezidentdən yardım istəyib:

"Oğlumun işinə görə çox yerə getdim, çox yalvardım. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov bizim evə gəldi. O biri oğlum özü gedib onu gətirdi ki, qardaşı təslim olmaq istəyir. Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərova oğlumu öz əlimlə təslim etmişəm. Təslim olanda da bildiridi ki, qaçmağına səbəb işinə düzgün baxılmasını istəməsidir. Mənim uşağım heç kimi öldürməyə-öldürməyə 19 illik həbs olunub. Bu nə deməkdir? 19 il bir igidin ömrüdür. Özüm xəstəyəm. Cənab prezident, demirəm ki, uşağım günahsızdır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu iş ədalətlə yerinə yetirilsin. Niyə görə məni, övladlarımı, nəvələrimi düşmən içində qoyurlar? Heç kəsin şahidi yoxdur ki, Əli kimisə öldürüb".

Məhbusun anası bildirib ki, apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Əli Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir. Qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan, nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.

Onu da qeyd edək ki, Ə.Ağami ilə birlikdə qaçan "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov noyabrın 2-də hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı öldürülüb. Etibar Məmmədovun həbsdən qaçmasına yardımda adı keçən müğənni Fədayə Laçın isə həbs olunub. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5450   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb. xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığın

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsi

16 aprel
.

Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

Bakıda uşaq evində intihara cəhd olub. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimo

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel
.

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildiri

16 aprel
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

16 aprel
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16 aprel