Avtobus və yük maşınlarının radara düşməsi belə olurmuş - DYP açıqladı

Avtobus və yük maşınlarının radara düşməsi belə olurmuş - DYP açıqladıSistemdə avtobus və yük maşını kimi qeydə alındıqları üçün cəzasız qalmırlar

"Avtobus və yük avtomobilləri də sürət həddini aşarkən radara düşür və elektron protokol tərdib edilir. Onlar ümumi istifadədə olan yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir".

Sonxeber.az bildirir ki, bunu Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, hansısa yolda 110 km/saat sürət həddi müəyyin edilibsə icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri 70-lə,şəhərlərarası və xüsusilə kiçik avtobuslar isə maksimum 90-la gedə bilərlər. Sözsüz ki, bu avtomobillər sürət həddini aşdıqda radar dərhal çəkir və elektron protokol tərtib edilir: "Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində həmin avtomobillər qeydə alınarkən model və tipi qeyd olunduğundan sistem dərhal həmin maşının təyinatını müəyyən edir və sürət həddini aşmasını asanlıqla qeydə ala bilir. Məsələn, 110-luq yol əgər avtomagistral deyilsə yük avtomobili 80-dən artıq sürətlə hərəkət etsə dərhal radara düşür. Çünki yaşayış məntəqəsindən kənarda həmin avtomobillərə icazə verilən maksimum sürət həddi 70 kmsaatdır, lakin həmin yolda 5.1 avtomagistral nişanı olduqda isə maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri 90 km/saat sürətlə hərəkət edə bilərlər. Yalnız avtomagistralda, yəni 5.1 nişanının təsir sahəsində yük avtomobillərini idarə edən sürücülər 100 və daha artıq sürətlə gedərlərsə o halda qayda pozmuş olurlar və cərimə edilirlər.

Ona görə də icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin və ayaqüstü sərnişin daşıyan şəhərdaxili avtobusların sürücüləri yolda sürət həddinin 110 kmsaat müəyyən edilməsinə baxmayaraq həmin yolda avtomagistral nişanı olmadığı üçün nəqliyyat vasitəsini 70 kmsaatdan artıq sürətlə idarə etməməlidirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2317   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TNS saytı məlumat yayıb. Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır. Qey

17 aprel
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperatur

17 aprel
.

Şagirdlər bu məktəbdə ölümlə üz-üzə: Onların həyatını təhlükəyə atan nədir ? - VİDEO

Masallı rayonu, Ərkivan qəsəbə, Cəfərli Cabbarlı adına 1 nömrəli tam orta məktəbi qəzalı vəziyyətdədir. Məktəb binasında təhsil alan şagirdlər hər an təhlükə ilə üz-üzə qalırlar. Məktəbin nə qapı-pəncərəsi, nə də istilik sistemi var. Döşəmə qırıq-qırıq, kanalizasiya sistemindən isə danışmağa dəyməz

17 aprel
.

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsayl

17 aprel
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

"Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransanın bu addımı atması bizi təəccübləndirmədi:. "Fransa Azərbaycan qarşı hər zaman qərəzli münasibət bəsləyib. Fransa vasitəçi ölkə olmasına baxmayaraq 2020-ci il Vətə

17 aprel