AMEA-dan Yer kürəsinin qaranlığa qərq olunması ilə bağlı açıqlama

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın iki həftəsinədək qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Sonxeber.az-a açıqlamasında bildirib ki, Venera ilə Yupiterin yaxınlaşması zahiri baş verə bilər.

"Bu planetlər açıq səmadan bir-birinə yaxın görünür. Onlar arasında yaxınlaşma dünən günorta radələrində baş verib. Həmin planetlər arasında görüntü bədrlənmiş ayın yarısı qədər yəni 15 dəqiqə olub".

Onun sözlərinə görə, Yer planetindən Veneraya qədər olan məsafə 247 mln km, Yupiterə qədər-950 mln km ətrafındadırsa, Venera ilə Yupiteri 700 mln km ayırır. Bu hadisə sadəcə zahiri yaxınlaşmadır. Yer Günəşin bir tərəfində, Venera ilə Yupiter isə digər tərəfindədir. Bu baxımdan həmin planetlərə üç yerdən baxanda onların bir düz xətt üzrə olduğu görünür.

Nəzərə alsaq ki, ayın bədrlənməsi 30 dəqiqə davam edir. Bu yaxınlaşma isə bədrlənmiş ayın yarısı qədərdir.

X. Mikayılov Yupiter və Veneranın yaxınlaşması nəticəsində dünyanın qaranlığa qərq olacağı ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib:

"NASA kimi tibbi təşkilat bu cür yalan məlumat yaya bilməz. Əhalinin iki həftəlik qaranlığın baş verməsi ilə bağlı narahatlığına əsas yoxdur. Əhalinin bu cür xəbərlərdən vahiməyə düşməməsi üçün onların maarifləndirilməsi lazımdır".

X.Mikayılov bildirib ki, hər iki planet arasında zahiri yaxınlaşma bir-neçə saat davam edib. Uzaqdan hər iki planetin toqquşduğu görünsə də onların arasındakı real məsafə 700 mln km dir. Artıq hər iki planet arasında qismən uzaqlaşma başlayıb. Bu baxımdan sabah Venara ilə Yupiterin yaxınlaşması ilə bağlı məlumat heç bir həqiqəti əks etdirmir.

Xatırladaq ki, noyabrın 15-də Venera və Yupiter planetlərinin maksimal dərəcədə yaxınlaşacağı ilə bağlı məlumat yayılıb.

Bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) əməkdaşı Çarlz Boden bildirib. O qeyd edib ki, Yer kürəsinin sakinləri bu hadisəni müşahidə edə biləcəklər. Astronomlar bunu unikal mənzərə adlandırırlar.
NASA əməkdaşı söyləyib ki, Yupiter və Veneranın yaxınlaşması planetdə faciəli qaranlığa gətirib çıxaracaq. Bu hadisənin iki həftə davam edəcəyi bildirilir.

Aysel Kərimova
AMEA-dan Yer kürəsinin qaranlığa qərq olunması ilə bağlı açıqlamaAMEA-dan Yer kürəsinin qaranlığa qərq olunması ilə bağlı açıqlama


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4248   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021