"Qulaqcıqlar piyadaların ölüm səbəbidir" – Yol polisindən SOS

"Qulaqcıqlar piyadaların ölüm səbəbidir" – Yol polisindən SOS"Bu il ərzində yol nəqliyyat hadisələrinin sayı azalıb. Lakin piyadaların vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da ciddi rəqəmdir".

Bu barədə Sonxeber.az-a Bakı şəhər Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bir vaxtlar sürət həddinin aşılması ilə bağlı hadisələr ümumi hadisələrin 52-54 faizini təşkil edirdi. İndi isə bu 37 faizə enib, əskinə piyadaların vurulması hadisələrin sayı artıb:

"Hazırda yol nəqliyyat hadisələrində əsas problem sürücü-piyada münasibətlərilə bağlıdır. Piyadaların vurulması çox ciddi narahatlıq yaradır. Baxmayaraq ki, ümumi yol nəqliyyat hadisələrinin sayında bütün göstəricilərə görə azalma müşahidə edirik. Lakin sürücü-piyada münasibətlərində hələ də, narazılıq var. Sürücülər tərəfindən problem demək olar ki, həllini tapıb. Aparılan təbliğat işləri, yeni texnologiyaların tətbiqi kimi işlər müsbət göstəricilər əldə etməyə imkan yaratdı. Lakin piyadalardan qaynaqlanan problem gündəmdədir. Bununla bağlı yetərincə təbliğat işi aparılmalıdır. Piyadaların vurulması əsasən piyada keçidləri yaxınlığında olur. 80-ə yaxın yeraltı-yerüstü piyada keçidlərinin istifadəyə verilməsinə baxmayaraq təəssüf ki, onlardan düzgün istifadə edilmir. Nəticədə bu cür hadisələr baş verir".

V.Əsədov bildirib ki, piyadaların keçidə qədər getməyə tənbəllik etməsi, ya da yol keçərkən qulaqcıqlardan istifadə edilməsi, yol nəqliyyat hadisələrinin baş verməsi səbəblərindəndir:

"Həmçinin piyada və avtomobil yollarının kəsişməsində keçmə növbəliliyində nisbətən piyadalar tələblərə tam uyğun hərəkət etmir, yolu bir-bir və ya diqqətsiz keçdiyindən pik saatlarda sıxlıq yaşanır. Əməkdaşlarımız piyada-avtomobil zolaqlarının kəsişdiyi ərazidə yolun hər iki tərəfində xidmət aparmaq məcburiyyətində qalır. Piyadalar ilk növbədə öz təhlükəsizliyini təmin etmək üçün qanunun tələblərinə əməl etməlidirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1077   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel