Sevdiyi qızın qohumunu öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İ. Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib. İbrahim Sadıqov Günellə danışmaq istəsə də, xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ. Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Onlar telefonda mübahisə etməyə başlayıblar. Daha sonra tərəflər bu mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüş yerinə İbrahim Sadıqov tək İslam Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxlu zərbə endirib.
33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1575 Tarix: 14 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət
5 aprelMehman Xəlilov son söz üçün vaxt istədi
7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə
14 martÜlvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR
"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy
14 martSumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR
Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin
18 aprelBakıda idmançının qətlindən YENİ XƏBƏR
İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
12 martXankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye
23 aprelSevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl
20 aprelDTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm
13 mart