Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik - Həll vaxtı hələ gəlib çatmayıb

Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik - Həll vaxtı hələ gəlib çatmayıb"Apardığım müşahidələr və təhlillər əsasında deyə bilərəm ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur. Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı isə ciddi fəallıq yoxdur".

Bu barədə Milli.Az-a açıqlamasında bu yaxınlarda ABŞ-da 10 günlük səfərdə olmuş "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəsmi dairələri Dağlıq Qarabağ probleminin həllinə laqeydlik göstərir, "beyin mərkəzləri" isə bunun vaxtının hələ yetişmədiyini deyirlər:

"ABŞ-dakı "beyin mərkəzləri" və tədqiqat institutlarının müəyyən fikirlər bildirir və öz məsləhətlərini verirlər. Lakin Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq-aşkar deyirlər ki, bu problemin həllinin vaxtı hələ gəlib çatmayıb. Deyirlər ki, istəyirik ki, sülhlə həll olunsun, amma hamısı gözləyir. Bir tərəfdən Azərbaycan ABŞ-la enerji və Əfqanıstanda antiterror əməliyyatlarında müttəfiqdir, lakin digər tərəfdən, onlar xarici siyasətdən ümumiyyətlə, fəallıq göstərmirlər. Çünki ABŞ-da prezident seçkilərindən sonra daxildə böyük ziddiyyətlər yaranıb. Prezident Donald Trampın fəaliyyəti ciddi tənqid olunur. İstefalar var. Ona görə də gözləyirlər ki, administrasiyada hər şey öz yerinə otursun, məsələlər aydınlaşsın. Gördüyünüz kimi də, orada çoxlu kadr dəyişikliyi baş verir, o cümlədən də Dövlət Departamentində. Ona görə də kimsə Dağlıq Qarabağ məsələsində mövqe bildirməyə cürət eləmir. Düzdür, ümumi fikirlər bildirirlər, amma konkret plan və ya təşəbbüs yoxdur.

Onların arasında yalnız ATƏT-in Minsk qrupunun sabiq həmsədr diplomatı Riçard Hoqland səlahiyyətinin bitməsinə az qalmış demişdi ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməli, sonra Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalı, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Ondan sonra ciddi fikir söyləyən olmayıb, gözəçarpan fəallıq yoxdur".

Qeyd edək ki, ABŞ-da səfərdə olan "Baku Network" ekspert qrupunun nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorkda ABŞ-ın aparıcı "beyin mərkəzləri" və tədqiqat institutlarında görüşlər keçiriblər. Bu mərkəzlər arasında "Heritage Foundation", "Jamestown Foundation", "Brookings Institution", "Council on Foreign Relations", "Carnegie Endowment for International Peace", "Foreign Policy Research Сеnter" və digərləri olub. Görüşlər zamanı gələcəkdə, o cümlədən, "Baku Network" meydançasında müxtəlif ölkələrin ekspertləri arasında diskussiyaların təşkili, informasiya mübadiləsi ilə bağlı tədbirlərin keçirilməsi və "Baku Network"un beynəlxalq arenada fəaliyyətinə dəstək göstərilməsi üzrə razılaşmalar əldə olunub.

Xatırladaq ki, "Baku Network" bir müddət əvvəl Valday Klubu, Baltik Forumu kimi təşkilatlarla tərəfdaşlıq münasibətləri yaratmışdı.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 932   Tarix: 15 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel
.

Narkotik çəkib, özünü yandırdı - VİDEO

Park edilmiş avtomobilin içərisində yanmış kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. İddiaya görə içdiyi narkotik vasirıni üzərinə tökərək özünü yandırıb. Hadisədən sonra əraziyə çoxlu polis, sağlamlıq və hadisə yeri araşdırma qrupları göndərilib. Poli

22 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

ABŞ-ın bu addımı böhranı dərinləşdirəcək - Zaxarova

ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı dərinləşdirəcək. -a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi

21 aprel
.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalisti

22 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

22 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel