"Özəl televiziyalarımızda çalışan aparıcılarımız qeyri-peşəkardır" - Nizami Cəfərovla MÜSAHİBƏ

"Özəl televiziyalarımızda çalışan aparıcılarımız qeyri-peşəkardır" - Nizami Cəfərovla MÜSAHİBƏMilli Məclisin deputatı, Atatürk Mərkəzinin rəhbəri, professor, dilçi alim Nizami Cəfərovun Sonxeber.az- a müsahibəsi:

Mətbuat Şurasının sədri, Əflatun Amaşov Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün Azərbaycanda xəbər televiziya kanalının yaradılmasını təklif edib. xəbəryönümlü televiziyaların yaradılmasını necə qiymətləndirirsiz?

-Dünya təcrübəsində ancaq xəbər yayımlayan beynəlxalq nüfuzlu televiziyalar mövcuddur. Bu telekanalların bütün veriliş siyasəti informasiya üzərində qurulub. Təbii ki Azərbaycanda da xəbəryönümlü televiziyalar yaratmaq olar. Lakin düşünürəm ki, daha çox mövcud televiziyalarımızın xəbəryönümlü olmasını artırmaq lazımdır. Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən mütəmadi olaraq cəmiyyətə təsir edən tələblər çatdırılır. Bu baxımdan xəbər televiziyalarının yaradılması müzakirə olunan məsələdir. Çünki cəmiyyətə daha çox informasiya ötürülməlidir. Bəzən Azərbaycanın iqtisadi, mədəni-mənəvi inkişafı lazimi səviyyədə təbliğ olunmur. Sürətlə həyata keçirilən işlər nə Azərbaycan daxilində nə də dünyaya lazimi miqyasda çatdırıla bilmir. Azərbaycan Dövlət Televizyasının nəzdində fəaliyyət göstərən Mədəniyyət kanalının fəaliyyət göstərməsi mədəniyyətimizin təbliğ olunması istiqamətində, dünya mədəniyyətinin çatdırılmasında atılan böyük addımdır. Bu istiqamətdə xəbəryönümlü telekanalların yaradılması da təqdirəlayiq olardı. Amma əsas məsələ mövcud televiyalarımızda xəbəryönümlü istiqamətini inkişaf etdirmək sərfəlidir və bugünün imkanlarına daha uyğundur.

Vaxtaşırı olaraq Mətbuat Şurası, Milli Televiziya Radio Şurası tərəfindən efirdə aparıcılara radio-televiziyanın etik kodekslərinə əməl edilməsi ilə bağlı xəbərdarlıq edilsə də mövcud problemlər hələ də qalmaqdadır. Efirlərimizdə bu halların təkrarlanmasının əsas səbəbini nədə görürsünüz?

-Televiziya aparıcılarının sənətində estetik görünüşlərinin efirə uyğun olması onların peşəkarlığını göstərən xüsusiyyətlərə daxildir. Aparıcının peşəkarlığını göstərən digər cəhət isə onun məntiqli, dəqiq, ədəbi dil normalarına əməl etməkdir. Danışıq dilimizdə 3 halda səhv etmək mümkündür. Onlardan birincisi ədəbi dili bilməmək, onun zənginliklərindən istfadə edə bilməmək, sözləri təkrarlamaqdan, qrammatik vahid quruluşlarını düzgün yerində işlətməməkdən irəli gəlir. Bədii ədəbiyyat, qəzet, jurnal oxumamaq, dildə gedən müasir dəyişiklikləri bilməmək, bəsit danışmaqdır. Lakin bu məsələ diqqəti çox cəlb etmir. Çünki bu tendensiya daha çox dil təfəkkürün kasıblığıdır.

Aparıcının efirdə yol verdiyi iki səhv aydın görünür, onlardan birincisi dialekt, şivələrdə danışmaq, yaxud sözləri dialekt və şivələrin tələffüzündə deməkdir. İkinci gözə görünən səhv ədəbi dilimizdə olmayan əcnəbi sözlərin (takşto, znacit, vapşe tipli) işlənməsidir. Bu cür problemlər daha çox özəl televiziyalarımızdadır. Bu isə həmin televiziyalarda çalışan aparıcıların peşəkar olmaması, peşəkarlıqlarını artırmaq üçün hər – hansı səy göstərmədiklərindən irəli gəlir. Bəzən isə aparıcı əcnəbi sözlərdən istifadə etməsə də əcnəbi intonasiyanı efirə gətirir. İntonasiya zəngin olmalı, aparıcı, müəllif çaları da üslubda hiss olunmalı və Azərbaycanca olmalıdır. Əcnəbi dilin intanasiyası təqlid olunmamalıdır.

Mədəniyyət xadimlərinə illərlə göstərdikləri fəalliyətlərinə görə, ölkə başıçımız tərəfindən fəxri adlar verilir. Lakin əksəriyyət mədəniyyət xadimlərimiz bu adları aldıqdan sonra qəribə rahatlıq yaranır. Həmin şəxslərin əvvəlki potensialla fəaliyyət göstərmələri üçün xüsusi nəzarət mexanizminin yaradılmasına ehtiyac varmı?

Bu məsələ həmişə ictimai rəyin müzakirəsindədir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət, elm xadimi mükafatlandırılırsa, "xalq artisti", "əməkdar artist", "əməkdar elm xadimi", "əməkdar mədəniyyət xadimi" adlarını daşıyırsa mütləq şəkildə dövlətin ictimai- siyası həyatında iştirak etməlidir. Artıq təltif edilmiş şəxs ictimai xadimdir, həmin adlar ona bu səlahiyyəti verir, onlar dövlət quruculuğunda yaxından iştirak etməlidirlər. Yaradıcılıqlarında isə daha məsuliyyətli və məhsuldar olmalıdırlar. Məsələn fəlsəfə doktorluğunu müdafiə edən elmlər namizədimiz, professor olduqdan sonar passivləşmə yaranır. Bu yaxşı hal deyil. Lakin bu cür fəaliyyət üçün heç kim cəzalandırılmır. Belə fəaliyyətlərinə görə, mükafatlandırılmış şəxs zamanla cəmiyyətin də, dövlətin də diqqətində öz nüfuzunu itirmiş olur.
Əksinə verilmiş fəxri adlar həmin şəxs üçün həm yaradıcılıq, həm də maddi baxımdan daha geniş imkanlar açır. Ümumiyyətlə hansısa xidmətlərinə görə mükafat alan şəxsdən cəmiyyətin tələbi daha çox olur. Bu baxımdan bu cür şəxslər ictimai tələbin nəzarəti altında olurlar. Musiqi, incəsənət, ədəbiyyat tənqidinin olması fəxri adlar almış mədəniyyət xadimlərinə göstərilən ictimai nəzarətdir.Bu cür tənqidlərdən sonra fəxri ad almış yaradıcı şəxs üçün bundan ağır cəza ola bilməz. Cəmiyyət, tamaşaçı oxucu bir insan haqqında "onun tükəndiyi" düşüncəsində olsa bu ona hərtərəfli verilən cəzadır.

- Səlahiyyətli qurumlarımız yol təmiri ilə bağlı tələb olunan proseslərin icrasına başlayarkən məlumatverici stendlərdə "narahatlıq" sözünü "narahatçılıq" şəklində yazmaqda davam edirlər. Bu sözün qrammatikimızda bu cür yazılış və tələffüz qaydası qəbul olunub? - Bəlkə biz bundan məlumatsızıq.

- Birmmənalı şəkildə narahatlıq sözünün "narahatçılıq" şəklində yazılış və tələffüzü qrammatikamızda qəbul olunmur. Adi danışıq dilində işlənən sözlər "salamatçılıq", "narahatçılıq" şəklində yanlış formada dilə düşüb. Həmin sözlər narahatlıq, salamatlıq şəklində yazılmalıdır. Məlumatverici lövhələrdə "narahatçılıq" sözünü yazan qurumlarımız Dilçilik İnstitutu ilə məsləhətləşməlidirlər. Ümumiyyətlə reklam agentliklərində üslübuyyatçı fəaliyyət göstərməlidir. Çünki bu sözlər cəmiyyətə təqdim olunur və onların qüsurlu formada işlənməsi yalnız dil mədəniyyəti yox ictimai, ümumi mədəniyyət məsələsidir. Dil mədəniyyəti xalqın ümumi mədəniyyətinin tərkib hissəsidir. Ona ciddi yanaşmaq lazımdır. Küçə reklamlarının, elan xarakterli lövhələrin ədəbi dil qaydalarına uyğun formada çatdırılması üçün həmin qurumların özündə dilçilik üzrə mütəxəssislər fəaliyyət göstərməlidir. Bakı Şəhər İcra Hakimiyyəti həm də paytaxtımızın dil mənzərəsinə cavabdehdir. Küçələrin, meydanların adlarının yazılması, abidələrin adlarının yazılmasına cavabdehdir və bu məsələyə ciddi nəzarət etməlidir. Bu baxımdan orada dilçilik üzrə mütəxəssislər fəaliyyət göstərməlidir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən bəzi alınma sözlərin dillimizdəki qarşılığı müəyyənləşdirilərək təsdiqlənməsi üçün müzakirəyə çıxarıldı. Məsələn, "Maus" - bələdçi, "adapter" - yükləyici, embarqo- qadağa və.d.
Leksikonumuza yeni əlavə olunan sözlərə dilimizin öyrəşməsi üçün nə qədər vaxt lazımdır?

- Termilogiya Komissiyası tərəfindən bu formada konkret sözlərin müzakirəyə çıxarılması lazımlı idi. Lakin həmin sözlərin cəmiyyətdə hansı formada istifadə olunmasına nəzarət edilməli və nəticəsinə baxılmalıdır. Alınma sözlərin qarşılığı olaraq dilimizə daxil olan belə sözlərə münasibət bildirilsə bilər hətta yeni sözlər də təklif oluna bilər.
Həmçinin Nazirlər Kabineti yanında Termilogiya Komissiyası tərəfindən bu sözlərin yerində işlənməsinə nəzarət ediləcək. Düşünürəm ki, Komissiya bu işi davam etdirib dilimizdə qarşılığı olan daha çox sözlər təklif etsə məqsəduyğun olar. Müəyyən müddət keçdikdən sonra bu münasibət ortaya çıxacaq.

- Son aylarda dərsliklərimizdə ciddi səhvlər cəmiyyətdə rezonansa səbəb oldu. 8-ci sinif biologoya dərsliyində ürəklə ciyərin yeri yanlış göstərildi, daha sonra tarix dərsliyimizdəki xəritədə Azərbaycan Ermənistanın ərazisi kimi təqdim edildi. Sizcə bu cür kobud yanlışlıqlar müəllif yoxsa nəşriyyatın problemidir?

- Nəticə olaraq bu məsələdə müəllif və nəşriyyat məsuliyyət daşıyır. Amma Mən inana bilmirəm ki, müəllif ürəklə ciyərin yerini səhv salsın, və saxta bir xəritəni öz dərsliyində yerləşdirsin. Eyni zamanda necə nəşriyyat işçisi olsun ki bu cür texniki səhv etsin. O bu cür elmi-ideoloji yanlışlıqlara hansı səlahiyyətlə imkan verir?! Demək işinin öhdəsindən gələ bilmir yaxud başqa bir sabotaj marağı var. Ümumiyyətlə hər bir dərc olunan kitaba ciddi yanaşmaq lazımdır. Həqiqət əks etdirilməli, mövcud qayda-qanunlara əməl edilməlidir. Çünki dərslik böyük məsuliyyətdir. Əslində isə məsuliyyəti kimin daşıdığı müəyyənləşdirilməlidir.

Bu cür problemlər dərslikırimizdə ortaya çıxırsa bunun üçün Təhsil Nazirliyi belə yanlışlıqların qarşısını almalıdır. Bildiyim qədər Nazirlik bu cür səhvlərin araşdıırlması istiqamətində maraqlıdır. Dərsliklərdə belə cidddi yanlışlıqların baş verməsi səbəbi ilə bağlı təhlillər aparılmalı, təşəbbüs qaldırılmalıdr.
Elə məsələlər var ki onların üzərində ciddi nəzarət etmək lazımdır. Bizim cəmiyyətimizdə o cür səhvlərin "ayaq tutub yeriməsi" mümkün deyil. Dərhal ictimai rəy, və dövlət qurumlarının bu məsələlərə nəzarəti həyata keçirilməlidir. Buelə ciddi səhvlər mənəvi- ideoloji, tədrisə, təhsilə təsir edən problemdir.
Həmçinin ziyalılarımız bu işlərlə bilavasitə məşğul olan qurumlar, araşdırmalar aparmalıdırlar.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1741   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart