"İkinci dəfə ailə qurub, üçüncü uşaq istəyərəm" – Nigar Camal

"İkinci dəfə ailə qurub, üçüncü uşaq istəyərəm" – Nigar Camal"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı, Azərbaycana "Avroviziya" yarışmasında qələbə qazandıran müğənni Nigar Camal olub.

Müğənni Nigar Camal üçün "Avroviziya" ərəfəsində baş tutan hazırlıq mərhələsi o qədər pekəkarcasına olub ki, ifaçı həmin anların təsirindən indi də çıxa bilmir.

""Avroviziya" ərəfəsində, 3 ay ərzində baş tutan hazırlıq zamanı tam başqa bir həyat yaşayırsan. Ulduzlu bir hyat yaşayırsan. Böyük bir komanda işləyir səninlə.

Hər gün dərslərin var: aktyorluq dərsləri, vokal dərsləri, xareoqrafiya, mediya dərsləri. 3 ay ərzində o həyata o qədər öyrəşirsən ki, sonra çətin olur. Həmin müddət ərzində yanında psixoloq və köməkçilərin olur".

Hər gün harasa uçurduq, gəlirdik konsert verirdik, səhər yenə uçurduq. 4-5 ay sonra mən övladlarımı da götürüb istirahətə getdim. Elə xoşbəxt idim ki".

Çəkildiyi filmdən danışan Nigar, ekran işinin çəkilişləri yay mövsümündə olduğu üçün övladları ilə bağlı vaxt ayırma baxımından heç bir problem yaşamayıb:

"Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin "Yahşi cazibe" serialında rol almışdım. İlk dəfədir ki, kinokomediyada baş rolu ifa edirəm. Çox istərdim ki, insanların xoşuna gəlsin.

Görüşdüm, ssenari ilə bağlı danışdım. Mənə maraqlı gəldi. Əvvəl çəkilməyə elə də əmin deyildim. Çəkilişlər yarım ay davam etdi. Yay mövsümü idi. Yayda da uşaqlarım Bakıda olurlar. Burda uzun müddət elə həmin ərəfədə qalıram".

Sevmədiyi insanla heç bir zaman ailə qurmayacağını xüsusi vurğulayan müğənni xoşbəxt olacağını düşündüyü şəxslə evlənəcəyini açıqladı.

"Mənim üçün münasibət çox önəmlidir. Əgər münasibət qursam, gərək həmin adam sevdiyim insan olsun. Sevmədiyim insanla heç bir zaman münasibət qurmaram.

Qarşıma sevəcəyim insan çıxsa, mənə qarşı hörməylə yanaşsa, həmin insanla xoşbəxt olsam, onunla ikinci dəfə ailə quraram.

Çox istərdim ki, evlənəcəyim adam azərbaycanlı olsun. Ona görə ki, eyni mədəniyyətə aid olarıq, eynə ölkədə yaşayarıq".

Müğənni, yenidən ana olmaq istəyini də gizlətməyərək, ikinci dəfə ailə qurmaq istədiyini bildirib:

"Ana olmaq ən gözəl hissdir. Çox istərdim. Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2939   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021