Azərbaycanda bu günə qədər baş vermiş zəlzələlərdə yüz minlərlə insan həlak olub (SİYAHI)

Azərbaycanda bu günə qədər baş vermiş zəlzələlərdə yüz minlərlə insan həlak olub (SİYAHI)Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Nəticədə bəzi rayonlarda evlərə ciddi ziyan dəyib, yaralananlar olub.

Azərbaycan tarixində bu günə qədər bir çox böyük zəlzələlər baş verib. Onlar yüzminlərlə insanın ölümünə, böyük dağıntılara səbəb olub.

Sonxeber.az qaynarinfo-ya istinadən Azərbaycanda baş vermiş ən güclü zəlzələlərin siyahısını təqdim edir:

1. Gəncə - 1139-cu ildə sentyabrın 30-da baş verib. 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

2. Gəncə - 1235-ci ildə Gəncədə növbəti dəhşətli zəlzələ baş verib. Şəhərin 50 minə yaxın sakini təbii fəlakətin qurbanı olub.

3. Şamaxı - 1667-ci ildə baş verən zəlzələ 10 bala yaxın olub. Nəticədə 80 min insan həlak olub.

4. Şamaxı - 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağılıb, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı olub.

5. Şamaxı - 1671-ci ildə şəhərdə ardıcıl üçüncü zəlzələ baş verib. Bu üç zəlzələ nəticəsində 100 mindən artıq insan həlak olub.

6. Təbriz - 1721-ci il aprelin 26-da baş verən zəlzələdə qurbanların sayı 250 mindən çox olub.

7. Şamaxı - 1828-ci ildə 5.7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və insan tələfatına səbəb olub. Ölənlərin sayı dəqiq bilinmir

8. Şamaxı - 1859-ci ildə baş verən zəlzələ Şamaxını növbəti dəfə alt-üst edib. Minlərlə insan həlak olub, tarixi abidələr dağılıb.

9. Şamaxı - 1872-ci ildə şəhərdə yenə 5.7 bal gücündə zəlzələ baş verib. Nəticədə çox saydan insan həlak olub.

10. Şamaxı - 1902-ci ildə Şamaxı növbəti dəfə dəhşətli zəlzələnin acısını yaşayıb. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində baş vermiş 6.9 nabal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılıb, 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Zəlzələ nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılıb, Şamaxı uezdində yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri yerlə yeksan olub.

11. Bakı - 2000-ci il noyabrın 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş verib. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunub. Bilavasitə zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub. Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1535   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik

21 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel