Paytaxtımızda unudulmuş məskən: Orada yaşayış varmış… – FOTOLAR

Paytaxtımızda unudulmuş məskən: Orada yaşayış varmış… – FOTOLARDeyirlər, gözdən uzaq olan, könüldən də uzaq olar. Hövsan qəsəbəsi də gözdən uzaq olduğuna görə, könüllərdən də uzaq düşüb. Sakinlər belə deyirlər…

Bu yaxınlarda yolumu yenə Hövsan qəsəbəsindən salmışdım. Kələ-kötür, tüstü qoxusu gələn küçələr, zibillə qalaqlanmış tullantı qutuları diqqətimi çəkdi. Sakinlərlə söhbətləşmək istədim. Dərhal razılaşdılar. Sanki onlar da uzun müddət idi ki, bu fürsəti gəzirmişlər. Biri qazdan, biri işıqdan, biri zibillərin vaxtaşırı daşınmamasından, digəri yolların bərbad vəziyyətdə olmasından, bir başqası isə marşrut problemindən danışdı.

Kənd sakinləri deyirlər ki, Hövsan unudulmuş qəsəbədir. Zaman keçdikcə, böyüyüb genişlənsə də, heç kəs nə bu qəsəbəni, nə də insanlarını yada salır. Qəsəbə daxili yolların asfalt üzlüyü olmadığı üçün bir az yağıntı olan kimi keçilməz hal alır.

Kən sakini Vüqar Qurbanov deyir ki, bir otaq tikmək istəyəndə bütün qurumlar başlarının üzərini kəsib 2000-3000 manat tələb edir: "Daşı daş üstünə qoyan kimi özlərini çatdırırlar. Heç olmasa bir evdən aldıqları 3000 manatla yolu təmir etsinlər. Qəsəbəmizin dərdi-səri çoxdur".

"İkinci problemimiz qəsəbədaxili marşrutun olmamasıdır. Qəsəbə genişlənib, indi qəsəbənin kənarlarında yaşayanlar mərkəzə 1 saata gələ bilirlər. Bizə bir avtobus ayrılmır. Bunun yaşlısı, qocası, uşağı, qadını var" — sakin danışır.

V. Qurbanovun sözlərinə görə, kənd sakinlərinin digər bir problemi isə qəsəbədə zibil tullantılarının vaxtaşırı aparılmamasıdır: "Bəzən günlərlə zibillər yığılmır. Çıxırıq, etirazımızı bildiririk, gəlib təmizləyirlər. Səsimizi çıxarmasaq, zibil götürər aləmi".

Sakinlər bildirirlər ki, dolanmaq üçün həyətyanı sahələrini satmaq məcburiyyətində qalıblar. Ancaq buna da alıcı tapmaq böyük problemə çevrilib: "Bizi nə ev tikməyə qoyurlar, nə torpağımızı satmağa icazə verirlər. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Hər dəfə çıxıb dərdimizi demək istəyirik, bizi susdurmağa çalışırlar. Yollarımızın çox hissəsi bərbad gündədir. Gətirib daş tozu töküblər. Bir balaca yağış yağan kimi yol palçıq olur. Əvvəl yenə keçmək olurdu, ancaq daş tozu töküləndən sonra vəziyyət daha acınacaqlı olub".

Kənd sakini Səməd Musayevin sputnik.az-a dediyinə görə, zibilləri öz hesablarına təmizlətdirirlər: "Kənd sakinləri məişət tullantılarını, zibillərini kəndin kənarına tökürlər. Yayda burada iyidən-qoxudan dayanmaq olmur. Biz qonşular 5 manatdan yığdıq, "Kamaz"la dolu daşıtdırdıq. İndi bir az azalıb. Qarşıda bir yol var. Axıra kimi zibillə doludur. Heç kimin vecinə də deyil".
Həmsöhbətlərimiz iddia edirlər ki, icra nümayəndəsi torpaqları istədiyi kimi satır: "Olan yazıq vətəndaşa olur. Burada torpaqların sotu 2000 manatdan başlayır. Amma 5-8 minə də torpaq satılır. Torpağı alnlara şəhadətnamə verilir. Sonra o torpaqda heç nə etmək olmur. Hər icazə üçün xüsusi rüsum ödəməlisən. Arada yığılıb dərdimizi demək istəyəndə, icra nümayəndəsi gəlir, danışır, söz verir gedir. Ortada isə heç bir nəticə yoxdur".

Hövsan sakinləri şikayətlərini aidiyyatı qurumlara çatdırmağımızı xahiş edirlər: "Biz də varıq, bizim də ehtiyaclarımız, tələblərimiz var. Ancaq heç bir dövlət qurumu bizim problemlərimizlə maraqlanmır. Biz burda yaşamırıq, sürünürük. Bunu bizim geyimlərimizə baxanda da görə bilərsiniz. İstəyimiz odur ki, heç olmasa yollarımız təmir edilsin, qəsəbədaxili marşrut ayrılsın və qəsəbədə hər addıma görə alınan rüşvət aradan qaldırılsın. Bunlar ki, bəsit və həll olunası məsələlərdir…"

Paytaxtımızda unudulmuş məskən: Orada yaşayış varmış… – FOTOLARPaytaxtımızda unudulmuş məskən: Orada yaşayış varmış… – FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1501   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Yasamalda 24 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı

21 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel
.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel