Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVAB

Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVABSon vaxtlar Şivlə və Biləvər kəndlərinin sakinləri adından bəzi insanlar tərəfindən yuxarı dövlət orqanlarına və müxtəlif sosial şəbəkə və saytlara ünvanlanmış əsassız müraciətlərdə rayonda ayrı-seçkilik aparıldığı, Dırığ ərazisində yerləşən kəndlərə ögey münasibət bəsləndiyi və bu əraziyə daxil olan kəndlərdə tikinti-quruculuq işlərinin aparılmadığı qeyd edilir.

Lerik Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon icra hakimiyyəti olaraq nə qədər dözümlülük göstərilsə də, yalan və əsassız fikirlərlə dolu olan həmin yazılarla artıq barışa bilməyib statistik rəqəm və faktlarla aşağıdakıları qeyd edirlər:

"Şivlə-Biləvər kənd sakinlərinin eyni məzmunlu müraciətləri bir neçə dəfə rayon icra hakimiyyətində araşdırılmış, rayon icra hakimiyyəti başçısı, başçının müavinləri, şöbə müdirləri tərəfindən sakinlər qəbul edilmişdir. Eyni zamanda rayon icra hakimiyyəti başçısı rayonun hüquq mühafizə orqanları və əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə həmin kəndlərində daxil olduğu ərazi icra nümayəndəliyinin Osyodərə kəndində səyyar qəbul keçirərək sakinləri dinləmiş, onları narahat edən problemlərlə bağlı söhbət aparmışdır.

Bildiririk ki, rayonumuzun ərazisi iqliminə, yerləşdiyi istiqamətlərə, Sovet hakimiyyətindən əvvəlki illərdə idarə üsuluna əsasən 4 mahala, "Zuvand", "Orand", "Piran" və "Dırığ" mahallarına bölünmüşdür. Keçmişi özündə yaşadan həmin mahal adlarından indi də əhali tərəfindən qeyri-rəsmi şəkildə istifadə edilir.

"Dırığ" ərazisində 50 yaşayış məntəqəsi üzrə 30 min əhali yaşayır. Ərazidə 10 icra nümayəndəliyi, 10 bələdiyyə fəaliyyət göstərir. Son illərdə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra Fərman və Sərəncamlar imzalanmış və respublikanın hər yerində olduğu kimi, rayonumuzda, o cümlədən "Dırığ" ərazisində böyük quruculuq-abadlıq işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 50 yaşayış məntəqəsinin, o cümlədən Şivlə-Biləvər kənd sakinlərinin mütəmadi istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolu tam asfaltlaşdırılmışdır, yolboyu iki yeni körpü tikilmiş, bir körpü təmir edilmiş, 800 diametrlik 27 ədəd, 1000 diametrlik 29 ədəd, 1250 diametrlik 53 ədəd borudan istifadə etməklə 28 yerdə suötürücü borular qoyulmuşdur. Hazırda tikintidə son tamamlama işləri aparılır.

Asfalt yol Şivlə-Biləvər kəndlərinin 3 km-dən keçir. Biləvər kəndində 140 şagird yerlik məktəb binası tikilmiş, Şivlə kəndində 30 şagird yerlik Biləvər kənd tam orta məktəbinin filialı açılmış və rayon icra hakimiyyətinin daxili imkanları hesabına Şivlə kənd sakinindən məktəb üçün bina satın alınmışdır. Ümumilikdə "Dırığ"a daxil olan 10 ərazi icra nümayəndəliyi üzrə keçən qısa vaxt ərzində 20 məktəb binası, 6 poçt binası, 2 tibb məntəqəsi, 1 uşaq bağçası inşa edilmiş, 5 məktəb binası, 4 tibb müəssisəsi, 3 mədəniyyət müəssisəsi əsaslı təmir edilmiş, 8 ATS elektron ATS-lərlə əvəzlənmiş, ATS-lərin yerləşdiyi binalar əsaslı təmir edilmiş və ya yeni binalar inşa edilmişdir. Ərazinin10 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 16 noyabr 2017-ci il tarixdə rayon icra hakimiyyəti başçısının və Milli Məclisin deputatının iştirakı ilə Murya və Əvilə kəndlərinə mavi qazın verilməsi mərasimləri keçirilmiş və bu əhali tərəfindən bayram əhval-ruhiyyəsində qeyd edilmişdir. Soru, Gürdəsər, Buruğ, Lələdulan, Zenoni kəndlərində artezian quyuları qazılmış, Züvüç kəndinə 5 km məsafədən dəmir borularla su xətti çəkilmişdir. Ərazidə 4 yeni körpü inşa edilmişdir. Bütün kəndara yollarında mütəmadi olaraq rayon icra hakimiyyətinin dəstəyi, kənd sakinlərinin köməkliyi ilə təmir-bərpa işləri aparılmışdır. Ərazinin elektrik enerjisi ilə təminatı Şingədulan kəndində fəaliyyət göstərən yarımstansiya vasitəsilə həyata keçirilir. Son İllərdə həm yarımstansiya əsaslı şəkildə təmir edilmiş, həm də yarımstansiyanın qidalandığı yüksək gərginlikli Masallı-Yardımlı-Lerik 35 kilovoltluq hava xətti yenidən tikilmişdir. 10/04 kv-luq elektrik hava xətlərində mindən yuxarı ağac dayaq dəmir dayaqlarla əvəzlənmişdir. Şingədulan kəndində dəmir dirəklər basdırılmış, elektrik naqilləriin sip kabellərə əvəzlənməsi işlərində son tamamlanma işləri həyata keçirilir. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik hava xətlərində mütəmadi olaraq təmir-bərpa işləri aparılmışdır. Təbii fəlakətlər zamanı yaranmış qəza halları istisna olmaqla əhaliyə 24 saat elektrik enerjisinin verilməsi təmin edilir və bu iş daim nəzarətdə saxlanılır.

"Dırığ" ərazisinə aid olan Boykəndil və Əvilə kəndlərində 180 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir.

Müraciətlərdə qeyd edilmiş tütün sahələrində məktəblilərin işlədilməsi faktı tamamilə əsassız və böhtandır.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələr aqrar rayonu olan Lerikdə də uğurla icra edilir. Rayonda taxılçılığın, kartofçuluğun, tərəvəzçiliyin inkişafı ilə yanaşı, bir vaxtlar ənənəvi sahə olmuş tütünçülüyün inkişafına diqqət artırılmış və verilmiş tapşırığa uyğun olaraq ötən il 10 ha, cari ildə isə 25 ha sahədə tütün, 50 hektar ərazidə fındıq tingləri əkilmişdir. Şivlə-Biləvər kəndlərinin nəinki ərazisində, heç yaxınlığında belə tütün əkilməmişdir. "Zuvand" ərazisində isə ümumiyyətlə sarımsaq bitmir və burada heç vaxt sarımsaq becərilməmişdir.

Yazılar bir neçə narazı şəxslər tərəfindən sifarişlə hazırlanır və geniş əhalinin fikirlərini əks etdirmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1348   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021