Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEO

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOPaytaxt Bakının bir çox hissələrində, hərəkətin intensiv olan yerlərində səhər və axşam saatlarında ciddi problemlər müşahidə edilir. Belə ki, problemlər daha çox metrostansiyaların ətrafında yaşanır.

Metropolitenin "Koroğlu", "20 yanvar", "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" stansiyaları ətrafında xaotik vəziyyət yaranır. Hərəkətin pik saatlarında taksilərin, digər nəqliyyat vasitələrinin və avtobusların nizamsız hərəkəti yollardakı vəziyyəti iflic edir. Belə ki, taksi sürücüləri qanunsuz olaraq avtobus dayanacaqlarını zəbt edir, avtobuslar isə məcburiyyətdən dayanacaqdan kənarda saxlamalı və sərnişin qəbul etməli olur. Belə olduğu halda isə sərnişinlər yüksək sürətli yol zolağına daxil olurlar. Avtobus sürücüləri problemin taksi sürücülərində olduğunu, taksi sürücüləri problemin avtobus sürücülərində olduğunu, sərnişinlər isə günahın polislərdə olduğunu iddia edirlər.

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOMəsələ ilə bağlı yol nəqliyyat eksperti ilə əlaqə saxladıq. Problemin həli istiqamətində hansı addımların görüləbiləcəyi ilə maraqlandıq. BiG.AZ-a danışan ekspert Elməddin Muradlı problemin həllinin heç də mümkünsüz olmadığını və həlli yollarının görünən olduğunu bildirdi: "Belə bir problem təkcə "Koroğlu" metrostansiyası ətafında deyil, eləcə də "20 yanvar" metrostansiyası, "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" metrostansiyaları ətrafında da bu problem özünü qabarıq şəkildə göstərir. Taksi sürücülərinin, eləcə də bəzi avtobus sürücülərinin nizamsız hərəkəti, daha çox pul qazanmaq istəyi orada ciddi problemlər yaradır. Axşam hərəkətin intensiv zamanında taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir, avtobuslar dayanacaqdan kənarda saxlamaq məcburiyyəti qarşısında qalırlar. Buna görə də sərnişinlər də toplu şəkildə deyil, dağınıq, səpələnmiş şəkildə yolun hərəkət hissəsinə daxil olurlar. Hamı avtobusa birinci minmək üçün nəqliyyat vasitəsinin arxasınca qaçırlar. Daşıma şirkətləri də qanunları, qaydaları pozurlar, pərakəndəlik hökm sürür, özbaşına sürücülər hələ də avtobusları idarə edirlər. Belə problemlər kütləvi şəkildə olmasa da hazırda bəzi yerlərdə var. Bir nəfərin qaydaları pozması zəncirvari olaraq hamının qayda pozmasına səbəb olur.

Hesab edirəm ki, burada heç kimə güzəşt edilməməlidir. Nə taksi sürücülərinə, nə avtobus sürücülərinə, daşıyıcı şirkətlərə və s. Bəzən əsaslandırırlar ki, güya problem olur kütləvi cəzalandırmalar zamanı, bəzən əsaslandırırlar ki, polis nəfərlərinin sayı kifayət qədər deyil ki, hər dayanacağa təhkim edilsin. Amma bir məsələ var ki, Azərbaycan qanunvericiliyində artıq bununla bağlı məsələlər öz əksini tapıb. Avtobusların dayanacaqdan kənar saxlaması üçün cərimə tətbiq edilib, bu 100 AZN təşkil edir. Bunu elektron qaydada da tətbiq etmək olar. Belə ki, kameralar dayanacaqdan kənar saxlayan avtobusları müəyyən etmək qabiliyyətinə malikdir. Belə olduğu təqdirdə heç polisləri də dayanacaqlara təhkim etməyə heç bir ehtiyac qalmır. Yəni bu problem həlli olmayan problem deyil, bu vəya digər yollarla problemi həll etmək mümkündür".

Polislərin taksi sürücülərindən və daşıyıcı şirkətdən rüşvət alaraq onların qanunsuz əməllərinə göz yumduqları iddiasından danışan Elməddin Muradlı belə faktlar aşkarlandığı təqdirdə bunu mütləq şəkildə ictimailəşdirmək lazım olduğunu bildirdi. Həmçinin o, belə hallar öz təsdiqini taparsa onların sərt cəzalandırıldığını qeyd eti: "Əgər polislərin hərhansısa bir şəxsdən rüşvətalma faktı varsa bunu dərhal ictimailəşdirmək və müvafiq təbir görmək lazımdır. Bunu gizlətmək elə özü də bir cinayət əməlidir. İndiyə qədər də elə bir hal olmayıb ki, hər hansısa bir rüşvətalma faktı olsun və o məsələyə obyektiv baxılmasın. Kim rüşvət alırsa o da dərhal cəzasını alır".

Avtobus dayanacaqlarında qanunsuz olaraq maşın saxlayan sürücülər niyə cəzalandırılmır və sərt tədbirlər görülmür sualını cavablandıran ekspert bunun heç də belə olmadığını, polisin onların belə hərəkətlərinə qaşı ciddi sipər olduğunu bildirdi: "Taksi sürücülərinə gəldikdə isə polis onlarla kifayət qədər mübarizə aparır, onların avtobus dayanacaqlarını zəbt etməmələri üçün müvafiq tədbirlər görür amma əfsuslar olsun ki, onlar məsuliyyətini dərk etmirlər. Mən elə taksi sürücüləri tanıyıram ki, gün ərzində bir neçə dəfə cərimə edilib və özünə gəlmir. Haradansa qovurlar, qaçıb digər bir yerdən yenə gəlir. Götürüb şikayət yaymışdı ki, yol patrul əməkdaşları mənimlə prinsip aparır. Daha dərk etmir ki, polis ona qanunla deyir ki, burada dayanmaq olmaz.

Bütün belə hallarla əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyinin üzərinə ciddi işlər düşür. Hətta onlar təklif də hazırlayıblar ki, taksillər üçün xüsusi dayanacaqlar yaradılsın və taksilər dayanacaqdan kənarda saxlamasınlar. Necə ki, avtobuslara dayanacaqdan kənarda saxlamaq qadağandır və cərimə tətbiq edilir,e ləcə də taksilər üçün də eyni qayda tətbiq ediləcək. Bu qanun layihəsi də qüvvəyə minib, sadəcə olaraq qanunları bilmək və ona əməl etmək lazımdır. Bilib əməl etməklə yanaşı onu təbliğ də etmək lazımdır ki, bilməyənlər də bilsinlər, öyrənsinlər".

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOMəsələ ilə bağlı BiG.AZ-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlərdən xəbərdar olduqlarını və problemin həlli istiqamətində bütün gərəkən addımların atıldığını, sıxlığın qismən aradan qaldırılmasına nail olduqlarını bildirdi: "Metronun Koroğlu stansiyasının hava limanı istiqamətində olan çıxışı qarşısındakı günün pik saatlarında müşahidə edilən mənzərə BNA-nı da narahat edir. BNA həmin hissədə sərnişin avtobusları və taksi xidməti göstərən minik avtomobilləri üçün dayanacaq məntəqələri müəyyənləşdirib. Biz mütəmadi olaraq oradakı vəziyyətin normallaşdırılması istiqamətində müvafiq qurumlarla birgə iş aparırır. Müxtəlif vaxtlarda ərazidə maarifləndirici tədbirlər keçirilib. Sürücülərə dayanma durma qaydalarına əməl etmələri ilə bağlı avtobus dayanacaq məntəqəsinə aid hissədə parklanmanın qadağan olması ilə bağlı təlimatlar verilib. BNA metronun şəhər istiqamətində olan hissəsində Nəqliyyat Mübadilə Mərkəzi yaratmaqla həmin hissədə xaotik hərəkətin tam aradan qalxmasına nail olub. Bu günün pik saatlarında belə həmin hissədə tıxac, sıxlıq yaşanmır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel