Yuxudan duran kimi çarpayını yığmaq olmaz: Səbəblər sizi şoka salacaq – VİDEO

Yuxudan duran kimi çarpayını yığmaq olmaz: Səbəblər sizi şoka salacaq – VİDEOUşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir. Elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.
Bəs toz gənəsi nədir?
Onlar insan gözünə görünməyən balaca parazitlərdir. Bu ad onlara tozlu və çirkli mühitlərdə yaşadıqları üçün verilib. Ətrafında nə qədər çox toz olarsa, onlar özünü bir o qədər sürətlə çoxalırlar.
Bu parazit evdə olan 150 növ mikroorqanizmlərdən biridir. Gənənin ölçüsü 0.23 mm-ə çatdığı üçün onu yalnız mikroskop altında ayırd etmək olar.
Onlar çox rahat davranırlar: Adamı sancmırlar, qanı sormurlar. Onlar bir çox həşərat növlərindən fərqli olaraq insan dərisinin ölmüş hüceyrələri və kəpəklə qidalanırlar. Bununla belə parazitlər insan orqanizminə ziyan verirlər. Onlar insan tənəffüs orqanlarına düşərək allergik reaksiya doğurur. Elə məhz buna görə də biz səhər yuxudan duranda asqırırıq. Onlar hər kəsə müxtəlif cür təsir göstərir. Bəzilərinin nəfəsinə az miqdarda toz gənələri daxil olur və azca toz qalxan kimi allergiyadan əziyyət çəkir. Başqaları isə hava çox tozlu olanda belə normal nəfəs ala bilir. Lakin bu o demək deyil ki, belə insanların orqanizmi parazitlərin mənfi təsirinə məruz qalmır.
Toz gənələrinin çarpayı ilə nə əlaqəsi var? Və yatağı niyə səhərlər sahmana salmaq lazım deyil?
Вы в курсе, что кровать лучше не заправлять после сна? А знаете, почему так?
Toz gənələrinin ən "münbit məskəni" insan yatağıdır: Toz, isti mühit, həmçinin gecələr insan bədəninin ifraz etdiyi tər. Məhz döşəkdə və mələfədə gənələr fəal şəkildə artırlar, yumurta qoyur və yaşayırlar. Yatağın təmizlənmə müddətindən asılı olaraq yataqda bir qram tozda 50 min parazit yaşaya bilər. Halbuki, normal halda 1 qram tozu 100 parazit təşkil edir.
Orta hesabla isə adi döşəkdə təxminən 1,5 milyondan çox parazit yaşaya bilər.
Əgər biz yatağı yuxudan duran kimi toplayırıqsa, bu zaman gənələrin daha əlverişli şəraitdə yaşamasına və artmasına birbaşa köməklik etmiş oluruq.
İsti və qalın yorğan gecələr döşəyin üstünə hopan bədən tərinin qurumasına imkan vermir. Beləliklə də yorğanın altında əsl istixana yaranır və bu, gənələr üçün ideal yaşayış mühitinə çevrilir.
Məhz buna görə də çarpayını səhər yuxudan oyanan kimi toplamağa dəyməz. Heç olmasa nəmli mələfənin qurumasını gözləmək lazımdır və yalnız bundan sonra yeri toplamaq olar. Daha yaxşı olardı ki, xüsusən də hava soyuqdursa, pəncərəni tez-tez açıb otağın havasını dəyişəsiniz. Çünki, gənələr soyuq havaya çox tab gətirmirlər.
Yatağınızda toz gənələrinin olduğunu necə müəyyənləşdirmək olar?
Döşəkdə belə həşəratların böyük koloniyası olduğunun aşkar əlamətləri mövcuddur. Həmin əlamətlər aşağıdakılardır:
Səbəbsiz yerə, heç bir sancma izi olmadan dəridə qırımızı səpgilərin yaranması gənələrin əlamətləridir.
Вы в курсе, что кровать лучше не заправлять после сна? А знаете, почему так?
Yataq otağında çarpayıda uzanmadığınız halda (hətta soyuqdəymə olmadığı halda) siz tez-tez asqırırsınızsa, demək ki, döşəyiniz toz gənələrinin sevdiyi məskənə çevrilib.
Hətta soyuqdəymə kimi xəstəliklər müşahidə olunmadığı halda daim nəfəs problemlərindən əziyyət çəkirsinizsə, otağın havasını tez-tez dəyişin ki, gənələr məhv olsun.
Yataq otağında, xüsusən çarpayıda yatanda gözləriniz tez-tez yaşarırsa və ya qaşınırsa, bunun səbəbi döşəyinizdəki gənələrdir.
Belə vəziyyətdə kömək üçün həkimə müraciət etmək və müalicə almaq lazımdır. İkinci vacib addım yatağın yaxşıca təmizlənməsidir:
Yataq ağlarını tez-tez dəyişin.
Yastıq, yorğan və döşəklərinizi havaya verin.
Mütəmadi olaraq döşəyi təmizləyin. Əgər vaxtınız yoxdursa, döşəyi kimyəvi təmizləməyə verin.
Üçüncüsü isə, yuxarıda dediyimiz ki, çarpayını yuxudan duran kimi dərhal toplamayın! Əgər qonaq gözləmirsinizsə, yatağı bir neçə saat açıq saxlayın!
Yeri gəlmişkən, insanda allergik reaksiyalar yaranmasına da bu gənələr səbəb olur.
Əgər bu problemə diqqət yetirməsəniz, toz ətrafa yayılacaq və bununla da başqalarının da allergiyaya və digər xəstəliklərə yoluxmaq riski artacaq.

mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9572   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021