Xanımlar niyə qeysəriyyəni seçir? - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladı

Xanımlar niyə qeysəriyyəni seçir? - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladıAzərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artıb. Belə ki, ötən il ərzində Azərbaycanda 158 051 doğuş zamanı qadınlar operativ müdaxiləyə məruz qalıblar.

Sonxeber.az modern.az-a istinadən son on ilin rəsmi göstəricilərini təqdim edir.

2007-ci il - 11574;
2008-ci il - 15646;
2009-cu il - 19270;
2010-cu il - 22746;
2011-ci il - 25960;
2012-ci il - 30794;
2013-cü il - 28954;
2014-cü il - 30561;
2015-ci il - 45942;
2016-cı il 46555.

2000-ci ildə isə qeysəriyyə kəsiyinin sayı çox az - 3017 olub. Məlumat üçün bildirək ki, hazırda ümumi doğuşların 29,5 faizi qeysəriyyə kəsiyinin payına düşür.

Bəzi həkimlər qeysəriyyə kəsiyinə göstəriş üçün çanaq darlığını əsas gətirirlər. Onlar bildirir ki, getdikcə qadınların çanağında darlaşma baş verir, bu üzdən də qeysəriyyə kəsiyilə dünyaya uşaq gətirən qadınların sayı artır.

Qeysəriyyə kəsiyi nə vaxt mütləq göstərişdir?

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bu fikirlə razılaşmayıb: "Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq. Ümumilikdə qeysəriyyə kəsiyi üçün göstərişlər müxtəlif olur. Bu göstərişlər Səhiyyə Nazirliyi, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş klinik protokollarda öz əksini tapıb. Bu göstərişlər mütləq və nisbi olmaqla 5 qrupa bölünür. Amma dar çanaqlıq yalnız klinik darlıq olduqda əməliyyata qəbul edilir. Doğuş zamanı əgər uşağın ölçülərilə ananın çanağının ölçüləri uyğun gəlmirsə, buna kliniki dar çanaq deyilir. Elə çanaqlar var ki, quruluşca normal olsa da, doğuşa göstəriş olmur. Çünki bətndə inkişaf edən uşağın çəkisi 4 kiloqramdan çox olur. Onda əlbəttə ki, uşağın doğum yollarını keçib-keçməyəcəyini müəyyən etmək lazım gəlir. Biz ehtimal edirik ki, keçə bilər. Amma ola bilər ki, doğuş zamanı uşaq o yoldan keçməsin. Yaxud bəzən döl başının sümükləri konfiqurasiya olunur, baxmayaraq ki, çəkisi 4 kiloqramdan çoxdur. Onun baş sümükləri o qədər yumşaqdır ki, doğuş çox rahat şəkildə icra olunur. Amma bunu təyin etmək üçün qadın mütləq doğuşa buraxılmalıdır. Əgər hər şey qaydasındadırsa, normal doğuş olacaq. Yox, əgər 2-4 saat ərzində gözləməyimizə baxmayaraq, döl başı irəliləmirsə, buna klinik dar çanaq diaqnozu qoyuruq və qeysəriyyə əməliyyatına götürürük".

Dar çanaq və doğuş...

S.Məmmədova bildirib ki, klinik dar çanağın bir neçə növləri var: "Döl başı adətən bükülmüş vəziyyətdə olanda kiçik əmgək nahiyyəsilə kiçik çəp ölçü ilə doğum yollarından keçir. Uşağın başı həmişə dizinə baxmalıdır. Amma döl başı müxtəlif səbəblərdən bir qədər açılmış vəziyyətdə ola bilər. Açılmış dərəcənin də 3 dərəcəsi var: əgər döl başı düzgün olmayan açılış vəziyyətdədirsə, deyirlər üfüqə baxır, göyə baxır və ulduzları sayır. Bu açılmış 3 vəziyyətdə o, doğum yollarından böyük və orta çəp ölçülərlə keçir. Bu zaman klinik dar çanaq yaranır".

Normal çanaq ölçüləri
Baş mama-ginekoloq bildirir ki, qadının çanağının normal ölçüsü 11 santimetrdir:
"Amma təbiətdə anatomik dar çanaq da var. Normalda hər bir qadının kiçik çanağının girəcəyinin düz ölçüsü olur. Kök, arıq, uzun, qısa boyluluğundan asılı olmayaraq, bütün qadınlarda bu ölçü 11 santimetrdir. Kiçik çanağın girəcək müstəvisi 11 santimetrdən kiçik olarsa, bu, dar çanaqdır. Dar çanağın özünün də dərəcələri var. 11 sm-dən 9, 5 sm-ə qədər I dərəcəli darlıq sayılır. Adətən uşağın çəkisi 3 kiloqrama qədər, qadının özü güclü və gənc olanda doğuş rahat şəkildə baş verir. II dərəcəli dar çanağın ölçüləri 9,5 santimetrdən 7,5 santimetrə qədərdir. Burada çanağın girəcəyi o qədər dar olur ki, döl başı ora daxil ola bilmir. Ölçüləri 7,5 santimetrdən aşağı olan çanaqlar III, IV dərəcəli darlıqdır və çox az rast gəlinən hallardır. Bu cür çanaqlara sahib qadınlar üçün qeysəriyyə kəsiyi birbaşa göstərişdir".

"Dar çanaq kök-arıq, uzun-qısalığa baxmır"

S.Məmmədovanın sözlərinə görə, qadının uşağı normal doğuşla, yoxsa qeysəriyyə kəsiyilə dünyaya gətirəcəyinə dair qərar hamiləliyin 38-ci həftəsində verilir: "Allah tərəfindən hər bir qadına 46 xromosom bəxş edilib. Bu xromosomlarda qadının sümüyünün, qolunun, ayağının və s. quruluşu proqramlaşıb. Bunlar bioloji qanunlardır və bunu dəyişə bilmərik. Ola bilsin biz kökələ bilərik, arıqlaya bilərik, amma bu, çanağın ölçülərinə təsir etmir. Çanaq nə böyüyür, nə kiçilir. Allah sənin boyunu-buxununu, sümüklərini necə yaradıbsa, ömrünün sonuna qədər də elə qalır. Sadəcə qocalanda kalsium yuyulub gedir deyə sümüklər kövrəkləşir, boy nisbətən kiçilir, çanaq əyilir. Burada uşaqlıqdakı xəstəliklər istisna təşkil edir. Əgər uşaqlar körpəlikdə raxit xəstəliyini keçiriblərsə, onlarda yastı raxitlik dar çanaq əmələ gəlir. Onun da özünün xüsusiyyətləri var: adi yastı dar çanaq və yastı raxistik dar çanaq. Bunlarda ciftin qopması, dölyanı mayenin axması, quruluq və s. problemlər yoxdursa, düzgün idarə olunarsa, doğuş mümkündür. Həkim o doğuşu səbirlə, lazımi şəkildə idarə etməlidir".

Qeysəriyyənin artmasının əsas səbəbi

Respublikanın baş ginekoloqu deyir ki, bu gün Azərbaycanda qeysəriyyə kəsiyinin artması dar çanağa görə yox, təkrar çapığa görədir: "İlk dəfə qeysəriyyə əməliyyatı ilə ana olan qadınlar növbəti dəfə uşaqlığını itirməməsi üçün yenidən qeysəriyyə kəsiyinə müraciət edir. Bunun hesabına da qeysəriyyə kəsiyinin göstəricilərində artım müşahidə olunur. Bunun dar çanaqla əlaqəsi yoxdur. Qeysəriyyə kəsiyinin artım səbəbi təkrar çapıqlardır. Yəni qadın ilk uşağını qeysəriyyə kəsiyi ilə dünyaya gətiribsə, növbəti hamiləlikləri zamanı da əməliyyatla ana olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2727   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel