Azərbaycanda ən çox istifadə edilən benzin bahalaşa bilərmi?

Azərbaycanda ən çox istifadə edilən benzin bahalaşa bilərmi?"Əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər"
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-95″ ("Premium") və "Ai-98″ ("Super") markalı benzin bahalaşdı. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Qeyd edək ki, bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən "Aİ-92″ markalı benzində və dizel yanacağında bahalaşma gözlənilmir.

Qeyd edək ki, iqtisadçılar bunun əksini düşünür. Bu bahalaşma dalğasının digər yanacaq növlərinə də sirayət edəcəyi ilə bağlı proqnoz verirlər. Bəs görəsən, növbəti dövrdə hansı yanacaq növü bahalaşa bilər? Əsasən də hamının narahatlıqla gözlədiyi dizelin qiyməti arta bilərmi?

Sonxeber.az bildirir ki, yeni müsavat"a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bu iki yanacaq növü sərbəst bazar qanunları əsasında dəyər tapır: "Aİ-95 ilə Aİ-98 markalı benzinlər qiymətləri hökumət tərəfindən tənzimlənməyən yanacaq növləridir. Bunlar sərbəst bazar qanunları əsasında dəyər tapır və üstəlik də, ölkəmizə kənardan gətirilir. Yəni daxildə istehsal olunmur. Lakin o da var ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiyməti ilə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaşdığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşma baş vermədi. Halbuki Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni ki, tələbat da azaldı. Amma yenə də qiymət enişi baş vermədi…"

İqtisadçı bildirdi ki, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var: "Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı. Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, yenə qeyd edirəm, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi. Odur ki, qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağını proqnoz etmişdim. Aİ-95 ilə Aİ-98-ə gəldikdə isə onların qiymət artımı elə proqnozun gec-tez doğrulacağını bir daha təsdiq edir".

Bəs görəsən, Aİ-95″ ("Premium") və "Ai-98″ ("Super") markalı benzinin bahalaşması hansı sahədə qiymətlərə təsir edə bilər?

Bu sualı iqtisadçı ekspert Natiq Cəfərli mətbuata açıqlamasında cavablandırıb. O bildirib ki, bu iki növ benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq: "Logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda "Aİ-95″ və "Aİ-98″ markalı benzinlərdən istifadə edilmir. O baxımdan heç bir sahədə bu səbəbdən artım gözlənilmir. Sadəcə, bu artım ondan xəbər verir ki, gələcəkdə buna bənzər addımlar davamlı xarakter ala bilər".

İqtisadçı vurğulayıb ki, əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər: "Əgər "Aİ-92″ markalı benzinin, sonra isə dizelin qiymətində də dəyişiklik olarsa, o zaman bu, ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər. Beləliklə də, bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri 20-30 faiz təşkil edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2511   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021