"Şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın..."

"Şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın..."Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sonxeber.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, çıxış edən millət vəkili Vahid Əhmədov qeyd edib ki, Milli Məclisdə qan pulu məsələsinə bir neçə dəfə toxunulub: "Bununla bağl əlillər bizə müraciət edir. Vaxtında müəyyən sənədlər Nazirlər Kabinetinə spiker tərəfindən hazırlanaraq göndərilib. Amma hələ də cavab yoxdur. Bilirəm ki vəsait çoxdur. Bu məsələni onsuz gec- tez həll etməliyik".

Deputat Əli Məsimli qeyd edib ki, qiymətləri artdığı şəraitdə pensiyaların da artırılmasına ehtyac var: " Nəzərə alsaq ki, pensiya yaşı da artırılıb. Nəzərə alsaq ki, pensiyaçıların fərdi hesablarında yığılmış məbləğ 16 min təşkil etməlidir ki, 110 manat pensiya ala biləsən. Bu baxımdan yanaşdıqda, pensiyanın artırılmasına ehtiyac var".

Deputat Zahid Oruc qeyd edib ki, Azərbaycan neft ölkəsidir: " Bu baxımdan yanaşdıqda Ermənistanla müqayisə oluna bilməz. Təklif edirəm ki, şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın. Bu arada qeyd edim ki, Ermənistana yeni müdafiə naziri təyin olunanda belə sistem yarandı ki, Qarabağda ölənlər üçün 20 min, əlil olanlar üçün 10 min vəsait ayrıldı. Azərbaycan dövlətinin imkanı var ki, şəhid və Qarabağ əlilləri üçün ayırdığı vəsaiti artırsın".

***

"Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. O rəqəm təyin olunandan bu günə qədər dəyişmir".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib. O bildirib ki, kommunal xərclər artırılanda da bu rəqəmə də dəyişiklik olunmalıdır. Azərbaycanda Qarabağ veteranları, Çernobil əlilləri və şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Qarabağ veteranların 12 mini təxminən pensiyaçıdır. Onlara pensiya 11 manat hesab olunur. Bu təqaüdə çıxan da bəyəm veteranlıqdan da çıxır? Bu pul ona müharibədə iştirak etyidiynə görə verilir. Lakin o pensiyaya çıxan müharibə veteranının haqqını 11 manata salmamalıyıq. 50 manat onun pensiyasına əlavə edilməlidir. Vətəndaşımız dövlət orqanından narazı düşmələli, öz haqqını almalıdır. Şəhid ailələr və veteranlar üçün evlər verilir. Lakin əfqanıstan veteranları və çernobıl əlillərinə də evlər verilməlidir. O vaxt vətən ora hesab olunurdu. Özbaşına gedib döyüşməyib ki? Göndəriblər gedib də. Ona görə şəhid ailəsinin mənzil məişət şəraiti düzəldiləndə Çernobil ailələrinə də diqqət edilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2008   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021