Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: "Azı iki il..."

Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: "Azı iki il..."Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Sonxeber.az bildirir ki, bu barədə virtualaz.org-a Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.

Məlumata əsasən Rusiya Təhlükəsizlik Şurasında müzakirələrin nəticəsi olaraq belə yekun qənaət ortaya qoyulub ki, Moskvanın regiondakı maraqları nəzərə alınmaqla ən azı qarşıdakı iki il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud situasiya dəyişməz qalmalıdır. Çünki bu münaqişənin vasitəsilə Ermənistanı və Azərbaycanı nəzarətdə saxlamaq çox asandır.
Xatırladaq ki, Ərdoğan Soçidə Putinlə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyi və Rusiyanın rolu barədə məsələ qaldırıb. Lakin Türkiyə prezidenti bəyan edib ki, Putin məsələnin həllinə dair o qədər də ümidli deyil. Daha sonra regiona səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov eyni ruhda bəyanat verib, danışıqlardan yaxın gələcəkdə nəticə gözləmədiyini bildirib.
Ermənistan diplomatik mənbələri də Lavrovun Bakıya və İrəvana dörd günlük səfəri zamanı Qarabağa dair hər hansı sürprizlər və sensasiya baş vermədiyini təsdiqləyir. "168 jam" qəzeti iddia edir ki, erməni tərəfi Madrid prinsiplərindən bir qədər fərqlənən "Lavov planı" üzrə irəliləməyə hazırdır. Lakin Rusiyadan qarantiya tələb edir ki, ətraf ərazilərin qaytarılmasından sonra Azərbaycan daha Qarabağa iddia etməyəcək. Plana əsasən Dağlıq Qarabağa əvvəlcə aralıq status verilir, daha sonra referendum keçirilir. "Bizim mənbələrimiz bildirir ki, Azərbaycan planın bir neçə bəndinə, o cümlədən referendumun keçirilməsinə qarşıdır"-məlumatda deyilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2822   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021