SEPAH komandanı: İŞİD hələ məhv olmayıb

SEPAH komandanı: İŞİD hələ məhv olmayıb"Bu gün İŞİD-in hökmranlığı başa çatıb və daha heç bir kənd, şəhər və torpaq bu terror qruplaşmasının nəzarətində deyil. Lakin İŞİD hələ məhv olmayıb, İŞİD düşüncəsinin regionda olması onların genişlənmək təhlükəsini artırır. Onlar dağınıq qruplar halında ABŞ və İsrailin dəstəyi ilə müxtəlif ölkələrə gedirlər. Ona görə də müxtəlif ölkələr bu qeyri-sabitlik və intihar hücumları ilə bağlı hazırlıqlı olmalıdır".

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əzizullah Cəfəri keçirdiyi mətbuat konfransında deyib. O, İŞİD üzvlərinin haradasa yenidən təşkilatlanaraq hansısa şəhərə hücum edəcəklərini istisna etməyib.

Ə. Cəfəri Livan "Hizbullah"ının silahlanması ilə bağlı məsələyə toxunaraq bildirib ki, "Hizbullah"ın varlığı onun silahından asılıdır: ""Hizbullah"ın mahiyyəti budur ki, Livan xalqının düşməni İsrail qarşısında silahlansın. Çünki İsrailin ilk məqsədi Livandır. "Hizbullah"ın təhlükəsizliyi təmin etmək üçün ən yaxşı silahlarla silahlanması təbiidir və bu, müzakirə oluna bilməz. Livan xalqı da balacasından böyüyünə kimi "Hizbullah"ın silahlı olmasını dəstəkləyir".

SEPAH rəhbəri İran, Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünün müsbət nəticələnəcəyinə ümidvar olduğunu söyləyib. O qeyd edib ki, SEPAH və İran xalqı Suriyanın yenidən qurulmasına qoşulmağa hazırdır: "Hökumətlə də danışıqlar aparmışıq və müəyyən olunub ki, SEPAH bu sahədə digərlərindən daha yaxşı iş görə bilər. Əlbəttə, bu, Suriya hökumətinin istəyindən də asılıdır. Danışıqlar aparılır və ilkin hazırlıq işləri görülür".

Ə Cəfəri bəyan edib ki, islam ümməti harada zülmlə üzləşirsə, İran onları dəstəkləyir: "Digər ölkələrdə, o cümlədən Yəməndə bizim dəstəyimiz fərqli formadadır. Yardımlarımız hakimiyyətin istəyilə olmalıdır. Orada hökumət "Ənsərullah"ın əlindədir və bizim yardımlarımız əsasən məsləhət və daha çox mənəvi yardımlardan ibarətdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1346   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tailand eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib

Tailand hakimiyyəti eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib. Qeyd olunub ki, monarxiya idarəetmə sisteminə malik ölkə Cənub-Şərqi Asiyada bu cür dəyişiklikləri qəbul edən ilk ölkə olub. Ölkənin 500 üzvdən ibarət Nümayəndələr Palatası "nikah bərabərliyi" sənədinə səs verib. 400-

28 mart
.

Uşağın alışqanla oynaması böyük yanğına səbəb oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda yaşayış binasında başlayan yanğın nəticəsində dörd nəfər köməksiz vəziyyətdə qalıb. Qeyd olunub ki, yanğın uşağın alışqanla oynaması nəticəsində baş verib. Hadisə yerinə gələn yanğın-xilasetmə qrupları onları çətinliklə də olsa, xilas edə biliblər

28 mart
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. xarici KİV-ə istinadən xəbər verir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğas

28 mart
.

Ayda dəmir yolu çəkiləcək – Buna səbəb nədir?

Amerika şirkəti olan "Northrop Grumman" Ayda insanları, ləvazimatları və resursları daşıyacaq dəmir yolu tikintisi üçün müqavilə imzalayıb. xəbər verir ki, Nasa ilə bağlanan müqaviləyə görə, konsepsiyanın ilk işlənmələrinin bu ilin yayında təqdim ediləcəyi, tikintiyə isə növbəti onilliyin birinc

28 mart
.

Özlərini vəkil kimi təqdim edərək, vətəndaşın pullarını mənimsədilər: Nə az, nə çox 500 min

Özlərini vəkil kimi təqdim edən 5 nəfər insanlarınpullarını mənimsəyib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Manisada özlərini vəkil kimi təqdim edən 5 nəfər müxtəlif tarixlərdə bir vətəndaşı aldadıb. Onlar bu yolla ümumilikdə 500 min TL-ni mənimsəyiblər. Manisada vətəndaşda

28 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart
.

"Paşinyan qərarını bir gecədə dəyişdi"

"KTMT 2021-ci ildə öz müşahidə missiyasını Ermənistana göndərməyi razılaşdırmışdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün sonra konsensusun olmadığını bildirdi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya"y

29 mart
.

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib

27 mart
.

Bu qız özünü hər kəsə "müqəddəs Məryəm Ana" kimi TANIDIR -VİDEO

Özünü Müqəddəs Məryəm ana kimi tanıdan qadın sosial şəbəkələrdə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, "Mən Məryəməm " deyən qadının videosu internetdə yayılıb. Kübra Acar adlı qadın video ilə bağlı reaksiyalardan sonra açıqlama verib. Qadın bildiirb ki, yazılan xəbərlər həqiqət

29 mart