Nazir Səlim Müslümov: "Hər kəs bir gün sağlamlığını itirə, əlil ola bilər"
"Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil. Onlar üçün müvafiq şərait yaradılmalıdır ki, onlar da əlilliyi olmayan şəxslər kimi bərabər hüquqlardan istifadə etməlidir. Bunun üçün iş yerlərində, ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılmalıdır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, hazırda işəgötürənlər buna müəyyən qədər hazır deyil: "Açıq danışıram, işəgötürənlər bu istiqamətdə xərclərin yönəldilməsində maraqlı deyillər. Buna görə, biz cəmiyyət olaraq bu problemin üzərinə getməliyik. Qanunvericiliyə görə, kvotanın yarısı əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, proses biz istədiyimiz templə getmir. Kvotanın tətbiqi yox dərəcəsindədir. Bunun səbəblərindən biri də ciddi maliyyə sanksiyalarının olmamasıdır. Amma mən düşünürəm ki, cəzaların tətbiqi ilə deyil, insanlarımızın düşüncəsini dəyişdirərək bu problemi aradan qaldıra bilərik. Biz anlamalıyıq ki, hər kəs bir gün sağlamlığını itirə, əlil ola bilər. Mən bunu kiməsə arzu etmirəm, lakin bundan kimsə sığortalanmayıb".
Mənbə: APA
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 993 Tarix: 24 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl
19 aprelParlament seçkiləri nə vaxt keçiriləcək?
"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna
19 aprelÇoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri
19 aprelAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprelBakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya
19 aprelVidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir
"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd
19 aprel