Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu dəhşətli xəstəliyə tutulmuş ola bilər

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu dəhşətli xəstəliyə tutulmuş ola bilərAlimlər uzun illərdir yuxuların real həyatla nə dərəcədə bağlı olduqlarını araşdırırlar. Yuxuda gördüyümüz fantastik hadisələr gün boyu yaşanan hadisələrin insan beynində şüurlatı yerləşməsi və bunun yuxu zamanı ortaya çıxması kimi qəbul edilir. Bəs görəsən, yuxuda danışmaq hansısa xəstəlik göstəricisi hesab edilə bilərmi? İnsan beyni 8 saat normal yuxu rejimində dincəlir. Bu zaman görülən yuxular, qarabasmalar psixologiyamıza necə təsir edir?
Sonxeber.az bildirir ki, bu barədə Publika.az-ın suallarını tanınmış nevropatoloq Hüseyn Soltanov cavablandırdı.
Həkim yuxu rejiminin pozulmasını əhəmiyyətsiz sayan insanlara səslənərək, bunun bir sıra psixi xəstəliklərin, eləcə də epilepsiyanın başlanğıcı ola biləcəyini dedi:
"Yuxu çox dərin prosesdir. Əsasən 4 fazadan ibarət olan yuxu pozuntularına uşaqlarda 50%, böyüklərdə isə 5% rast gəlinir. Bəzən sadəcə yorğunluğun, depressiyanın səbəb ola biləcəyi düşünülür. Lakin bu problem olduqca ciddi fəsadlar yarada bilər. Məsələn, gec saatlarda ağır həzm olunan qidalar yedikdə belə yuxu problem yaşana bilir. Mədədə həzm prosesi getdiyi üçün beyin oyaq olur və beləliklə yuxu rejimi pozulur. Bunu nəzərə alsaq, demək olar ki, yuxu sisteminin öyrənilməsi hər zaman alimlərin diqqət mərkəzində olur. Normal yuxu 8 saat olmalıdır. Lakin bu da insan orqanizminə görə dəyişir. Yuxunun birinci fazası "yuxuya getmə" adlanır və bu yalnız bir dəfə baş verir. Digər 2,3,4-cü fazalar isə (delta yuxu) ola da bilər, olmaya da. İnsan var ki, 8 saat yatır, yenə də doymur, çünki heç bir halda yuxu görmür. Yuxu strukturu pozulmuş olur. İnsan da var ki, 30 dəqiqə yatır və tamamilə gümrah oyanır. Bu individual olaraq dəyişir. Sovet alimlərindən biri iddia edirdi ki, yuxu ağrı, yuxu və depressiyadan ibarət üçbucaqdır. İnsan bu bucaq altında minimum 8 saat yatır. Əgər ağrınız varsa, yuxu rejiminiz pozulur, pozulursa, depressiyaya düşürsüz və depressiyada olan insan yuxunun birinci fazası olan "yuxuya getmə" prosesini normal yerinə yetirə bilmir. Ona görə də yuxu strukturunun pozulmasının müalicəsi birbaşa psixoloji və digər irsi xəstəliklərin aradan qaldırılması ilə bağlıdır".

O bildirib ki, yuxuda olan insanın beyni kliniki üsullara ensefaloqrafiya edildiyi zaman normal yuxu rejimində olan şəxsdə delta yuxu dalğaları öz normasında hərəkət edir:
""Yuxu Monitorinqi" və ya ensefaloqrafiya zamanı ortaya çıxan nəticələrdən fərqli olaraq, bəzi insanlarda yuxu strukturunun pozulması müxtəlif gizli proseslərdən də xəbər verə bilər. Ümumiyyətlə yuxu zamanı danışmaq, hərəkət etmək, ağlamaq, diksinmək qeyri-adi hərkətlər və s. bunlar yaş həddinə görə dəyişir. Bir neçə dəfə müşahidə olunursa, bu o qədər də riskli vəziyyət hesab olunmur. Ümumiyyətlə belə olan hallarda həmin insanları oyatmağa çalışmayın. Çünki onlar sizi hiss etmirlər. Belə deyək, siz hər hansı ciddi bir işlə məşğul olduğunuz zaman sizə mane olan insanlara qəzəblənirsiz. Hətta ciddi mübahisələr belə yaşana bilər. Eynilə yuxuda danışan, hərəkət edən insanları da narahat etmək olmaz. Onlar sizə qəfildən qeyri-ixtiyari xəsarət yetirə bilərlər."
Həkimin sözlərinə görə, 4-14 yaş arası uşaqlar yuxuda danışır, ağlayır və ya gəzirsə, bu gizli epilepsiya əlaməti ola bilər:
"Əksər hallarda epilepsiya xəstəliyinin yeganə və ilkin simptomu yuxu pozğunluğu olur. Epilepsiyanın bütün parsial formaları arasında ən çox (80-85%) rast gəlinəni "gicgah epilepsiyası"dır. Digər epilepsiya növlərindən fərqli olaraq, bu zaman heç bir qıcolma müşahidə olunmur. Bəzən illərlə bu proses inkişaf edir və ağır formaya gəlir. Gizli şəkildə yayılan şəkər xəstəliyi kimi orqanizmdə böyrəkləri sıradan çıxarana qədər inkişaf edir və valideynlər çox zaman bunu diqqətə almırlar. Dediyimiz yaş həddi arasında olan uşaqlar gecə yuxuda ağlayırsa, danışırsa, aqressivləşirsə (bu hallar ard-arda 1 ay ərzində 5-6 dəfə müşahidə edilirsə) mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda ensefaloqrafiya zamanı epilepsiyaya xas spesifik dəyişikliklər, fenomenlər müşahidə edilir. Bu zaman dəqiq diaqnoz qoyulur və gecikmədən müalicə edilir.
Bəzən yuxu prosesinin təsiri altında qalan insanlar olur ki, oyandıqdan sonra da reallıqla yuxunu bir-birindən ayıra bilmir. Hərdən belə insanlarda ciddi psixi problemlər də müşahidə olunur ki, belə olan halda həmin insanlar cəmiyyət üçün olduqca təhlükəli hesab edilirlər.
Təəssüf ki, belə hallar mövcuddur. Lakin tibb bunu daha əvvəl müşahidə edə bilmir. Yuxuya görə, insanı mühakimə etmək olmaz. Cəmiyyətdə bu cür insanlar müxtəlif hadisələr törətdikdən sonra aşkarlanır və o zaman da çox gec olur. Birmənalı olaraq, yuxuda gördüyünü gerçək həyatda təkrarlamaq olduqca təhlükəlidir. Normal yuxu strukturuna görə insanı qabaqlaya bilməz. İnsan oyaq vaxtı müxtəlif hadisələrlə üzləşir, insanlarla ünsiyyətdə olur və yuxu zamanı həmin proseslər təkrarlanır. Qısa müddətli yaddaş uzun müddətli yaddaşa köçürülür. Təbii ki, bu beynin dincəlməsinə mane olur və daim aqressiya, stress yaradır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2159   Tarix: 29 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021