Hacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTO

Ötən gün Azərbaycanın bir nömrəli qanqsteri, sabiq polis polkovniki Hacı Məmmədovun Penitensiar Xidmətin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü öldürməsi bir daha onun şifrələdiyi rəsmləri gündəmə gətirdi.

H.Məmmədovun vaxtilə çəkdiyi və mediada uzun müddət müzakirə olunan tablolar 4 ədəddir. Tablolar İşgəncələrə qarşı Azərbaycan Komitəsinin keçmiş sədri, mərhum Elçin Behbudova hədiyyə edilmişdi və E.Behbudov da onları mediaya təqdim etmişdi.

Həmin tablolar bunlardır:

1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.

2. Əlində silah olan cavan oğlan. Arxada məşhur "Biq Ben" saatı, "Cip" maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm, əli ilə "viktoriya" (qələbə) anlamını verən V işarəsi və ya "2" göstərir.

3. Daşa söykənmiş sarışın qadın. Daşın üstündə İsa peyğəmbərin şəkli həkk olunub. Arxa fonda ağ at, köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə təsvir olunub.

4. Şlyapalı kişi, arxada ağaclar və "202" nömrəli "Cip" və yerdə kişi meyiti.

E.Behbudov həmin zaman açıqlamasında H.Məmmədovun bu tabloların hər birinin parolu, şifrəsi olduğunu desə də, onları açıqlamamışdı. Daha doğrusu, E.Behbudov Hacı Məmmədovun bu şifrələri ona vermədiyini bildirmişdi.

Qeyd edək ki, 10 LC 202 dövlət nömrə nişanlı "Leksus" Hacı Məmmədovun özünə məxsus olub. Hacı Məmmədov sonuncu cinayəti zamanı - Beynəlxalq Bankın sabiq prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasında da bu avtomobildən istifadə edibmiş.

Tablolar ciddi müzakirəyə predmetinə çevrilsə və mütəxəssislər onları analiz etsələr də, bu rəsmlərin konkret hansı məzmun daşıdığını izah etməkdə çətinlik çəkiblər. Görünür, H.Məmmədovun rəssam kimi qeyri-peşəkarlığı tablolarda gizlədiyi şifrələri və kodları özündən başqa heç kəsin izah edə bilməyəcəyi sirrə çevirdi.

Xatırladaq ki, Hacı Məmmədovun özünü asaraq öldürməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Onun ölümü ilə bağlı hələlik yeganə ehtimal xərçəng xəstəsi olması idi. Onun intihar edəcəyini də bu rəsmlərdə şifrələdiyi ehtimallar sırasındadır.

Mənbə: axar.az
Hacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTOHacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTOHacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTOHacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTOHacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2797   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021