İnsultun əlamətləri - 2 dəqiqəniz var!

İnsultun əlamətləri - 2 dəqiqəniz var!İnsultun bir çox növləri var. Bunlar arasında ən çox yayılanı və bir o qədər də təhlükəli hesab ediləni işemik insultdur (beyin infarktı). Ümumən götürdükdə işemik insult zamanı insanda qəflətən bir tərəfli dəyişiklik müşahidə edilir. Bədənin simmetrik düzgünlüyü pozulur. Əsasən qadınlar bu prosesi olduqca gizli və kəskin şəkildə keçirir. Bəs işemik insultun ilkin simptomları hansılardır? Hansı əlamətlər həyəcan təbilini xatırladır?

Bu əlamətlər zamanı diqqətli olmağa çağırırıq:

İşemik insult əsasən arterial təzyiqin kəskin artması səbəbindən baş verir. Yüksək təzyiqə davam gətirməyən qan damarlarda cırılmaya səbəb olur və qan sürətlə beyin damarlarına dolmağa başlayır. Qanın beyin qişalarına dolması təxminən 2 dəqiqə vaxt alır. Nəticə həmin bölgədə inkişaf etməyə başlayan ödəm beyin qişalarını sıradan çıxarır.

Əsas risk amillərinə daxildir:

Yüksək təzyiq
Şəkərli diabet
Ürəyin müxtəlif xəstəlikləri
Siqaretə meyllilik
Piylənmə
Qanda yüksək xolesterin miqdarı
Alkoqol
Stress
Normadan artıq passivlik

İşemik insultun ilkin əlamətlərini özünüzdə hiss edirsizsə, dərhal həkimə müraciət edin:

1. Kəskin baş ağrısı. Qəfil bir nöqtədən başlayan güclü ağrılar və ürəkbulanması.

2. Görmənin itməsi. Bir anda gözləriniz qaralırsa, görmə itiliyinizi itirirsizsə və gözünüzə müxtəlif ləkələr görünürsə, dərhal təcili tibbi yardım çağrılmalıdır.

3. Tez-tez hıçqırıq. Kəskin ağrılar zamanı sizi hıçqırıq tutursa, bu, insult əlaməti hesab edilir.

4. Şüurun anidən itməsi. Qarşıdakı insanı tanıya bilmirsizsə, bu unutqanlıq və ya beyin yorğunluğu olmaya bilər.

5. Gülümsəmə. İnsult zamanı təbəssüm edərkən dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.

6. Danışıq. Sadə bir cümləni ifadə etməkdə çətinlik yaranarsa.

7. Fiziki hərəkətlərdə məhdudiyyət. Hər iki əlinizdə və ayağınızda keyimə, qıcolma və ya yuxarı qaldırarkən tarazlığın pozulması müşahidə edilirsə.
8. Dilinizə diqqət edin. Dilinizi çölə çıxarakən onun əyri və ya birtərəfli meyilləndiyinə diqqət edin.

9. Ovuclarınızla gözlərinizi bağlayın. Əliniz aşağı sürüşürsə, bu, yorğunluq deyil, insult əlamətidir.

İşemik insult sürətlə inkişaf etmədiyi üçün sadalanan simptomlar bir müddət sonra tamamilə yox olur. Lakin bu, insultun az təhlükəli olmasına dəlalət etmir. Özünüzü vaxtında qoruyun ki, sağlam olun! (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2188   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021