Bakıda zibil qutularını oğurlayırlar - Küçələri zibilləyənlərin yaratdığı PROBLEM

Bakıda zibil qutularını oğurlayırlar - Küçələri zibilləyənlərin yaratdığı PROBLEMBelə halları Bakıda yəqin ki, çoxunuz müşahidə etmisiniz: avtobus dayanacağında zibil qutusu var, amma adamlar siqaret kötüyünü və digər zibilləri etinasız şəkildə küçəyə-yerə atırlar. Sanki belə də olmalıdır.

Bu cür xoşagəlməz hallar təkcə avtobus dayanacağı ilə məhdiudlaşsaydı, dərd yarıydı... Binalar yerləşən məhəllələrdə zibilxanalar - zibil qabları olsa da, insanlar əllərindəki lazımsız əşyaları, zibili hara gəldi tolazlayırlar. Kimisi siqaret kötüyünü, kimisi su şüşəsini, kimisi də yediyi qidanın qabını-qalığını küçələrə atır. Hətta çoxmərtəbəli binaların eyvanlarından zibil dolu sellofan torbaları, istifadə edilmiş pampersi yerə atanları demirik. Ən iyrənc mənzərəni isə səkilərə hayxırıb tüpürənlər edir..
Bu cür insanlara irad bildirəndə, "zibili yerə atmaq olmaz" deyəndə elə davranırlar ki, sən yalançı olursan, onlar doğru. Yaxud da zibil qutularının az olmasını səbəb kimi göstərirlər. Bu cür davranışlar da şəhərin küçələrində qalaq-qalaq zibillərin toplanmasına səbəb olur. İnsanlarımız başa düşmək istəmirlər ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir.

Bəs qanunvericilikdə bu cür hallara yol verən şəxslərlə bağlı cəza tədbirləri varmı? Belə halların aradan qaldırılması üçün hansı addımlar atılmalı və yaxud qəraralar qəbul edilməlidir? Onlara yüksək cərimələr kəsilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a deyib ki, qanunvericilikdə küçələri zibilləyən şəxslərlə bağlı sanksiyalar nəzərdə tutulur.

"İnzibati Xətalar Məcəlləsində küçələri zibilləməklə bağlı maddələr qeyd edilib. Hətta orada avtomobildən zibil atmağın, küçələri zibilləməyin məsuliyyəti qeyd edilib. Amma görünür ki, bu kifayət deyil. Çünki hamıya nəzarət etmək olmur. Burada ən böyük məsələ mədəniyyətdir. İnsanların küçələri zibilləməməsi üçün ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Müvafiq televiziya kanalları, xəbər saytları bu istiqamətdə materiallar hazırlamalıdırlar. Hesab edirəm ki, qanunvericilikdə küçələri zibilləməklə bağlı cərimələrin, sanksiyaların artırılmasına ehtiyac yoxdur. Hər kəs bilməlidir ki, küçələrə atılan zibillər müxtəlif xarakterli olur. Birbaşa xətəlik yuvalarıdır".

Deputat bildirib ki, küçələrdəki zibil qablarının sayı azdır.

"Mən bunu müşahidə etmişəm. Yaşadığım binanın yanında əvvəl iki zibil qabı vardı, indi isə biri var. Bu həm də onunla bağlıdır ki, ərazilərin təyinatını dəyişdirirlər. Mağazalar, təzə tikililər əlavə edirlər. Ona görə də zibil sahələri üçün az yerlər ayrılır. Məsul şəxslərin də bu istiqamətdə məsuliyyətsizliyi rol oynayır. Mən rayonda da, Bakıda da bunun şahidi olmuşam. Hətta elə yerlər var ki, zibil qabları qoyulur. Amma kimlərsə onu oğrulayıb evinə və yaxud bağına aparıb qoyur. Kommunal təsərrüfat idarələrinin əməkdaşları insanlardan zibilpulu yığırlar. Bəzi insanlar isə bu pulu ödəməkdən boyun qaçırırlar".

T.Kərimli qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən, zibil yığımına məsul olan bəzi qurumlar - "JEK"lər çoxdan ləğv edilməliydi.

"Amma hələ bu qurumlar saxlanılıb. Bu qurum işləyirsə işləsin, işləmirlərsə bunu ləğv edək. Onların əvəzinə kooperativ təşkilatlar yaradaq. Bəzən onlar səlahiyyət bölgüsünə görə bələdiyyələrlə toqquşurlar. Hər ikisi insanlardan vergi yığır, pul tələb edirlər. Tələb edəndə ki, pilləkən çirklidir, yumaq lazımdır. Bunu tələb edəndə heç biri vətəndaşa yaxın durmur. Vətəndaşlar öz pulları ilə həmin pilləkənləri, dalanları təmizlədirlər. Çox təəssüflər olsun ki, bizdə əziyyət çəkmək istəyən çox azdır".

Problemlə əlaqədar əməkdaşımız Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə də əlaqə saxlayıb. Ancaq rəsmi qurumdan bu haqda danışmaq istəməyiblər. Departamentdən təəccüblü şərt səsləndiriblər: "Sizinlə müqaviləmiz olmadığına görə, məlumat verə bilmərik. Yalnız müqaviləniz olduğu halda sizinlə əlaqə saxlanılacaq".
Doğrusu Mənzil-Kommunal Təsərrüfatı Departamentinin bu şərti bizə aydın olmadı...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1112   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021