"Nənə uşağı qucağına alıb, ananı vurursa..."

"Nənə uşağı qucağına alıb, ananı vurursa..."Demək olar ki, əksəriyyətimiz nənə və babalarımızın verdiyi tərbiyə ilə böyümüşük. Onların isti qucağında nağıllarını dinləyə-dinləyə yatmışıq. Hazırda isə valideynlərin əksəriyyəti uşaqların nənə-baba himayəsində böyüməsinə razı olmur. Bunu da onunla izah edirlər ki, nənə və babalar nəvələrinin hər istədiyini yerinə yetirdiyi üçün onlar ərköyün olurlar. Bəs görəsən uşaqları necə tərbiyə etmək lazımdır ki, ərköyün olmasınlar? Doğrudanmı nənə və babaların himayəsi ilə uşaq böyütmək yanlışdır?

Psixoloq Aydan Talıbova Ailem.az-a deyir ki, son vaxtlar bu cür suallarla tez-tez rastlaşır. Əksər gənc valideynlər uşaq ərköyün olar deyə onu nənə-baba yanına yox, bağçaya qoymağa üstünlük verir: "Uşaqlar nənə və babaları tərəfindən aşırı qayğı ilə əhatə olunurlar. Onlar deyir ki, uşağı ağlatma, qoy nə istəyir etsin. Biz bu hallarla çox rastlaşırıq. Baxmayaraq ki, mən bir mütəxəssis olaraq ailədə böyüklərin olmasının tərəfdarıyam. Sadəcə olaraq onlar yaşlı insanlardır, biz isə gənclərik. Onlar keçmişin qayda-qanunu ilə gedirlər, biz müasir zamanın. Keçmişdə uşaqları cəzalandırmaq üçün küncə qoyardılar, amma indi küncə qoymağın tərəfdarı deyilik. Biz müəyyən məhrumetmə cəzaları veririk uşaqlara. Ona görə də nənə-babalarımız bizim uşağa tətbiq etdiyimiz məhrumetmələrin tərəfdarı deyillər. Biz uşağı cəzalandırırıqsa, deyirik, hansısa oyuncaqla oynamayacaqsan, televizora baxmayacaqsan. Uşaq da başlayacaq kapriz göstərməyə. Ağlayacaq, qışqıracaq. Yaxud inadkarlıq edəcək, aqressiyasını göstərəcək. Bunu da yaşlılar qəbul etmirlər. Düşünürlər ki, uşağa daha çox zərər yetiririk. Amma bununla biz uşağa olar-olmazı öyrədirik. Elə nənə-babalar var ki, uşağı alırlar qucaqlarına, yalandan ya ananı, ya atanı vururlar. Amma bu, uşaq psixologiyasının inkişafı üçün mənfi istiqamətlərdir. Kimsə deyə bilər ki, əvvəllər hər birimizi nənə-baba böyüdüb, heç bir problem olmayıb. Bu, doğrudur, amma onların metodikası artıq bu zaman üçün keçərli deyil. Artıq bizim cəmiyyətimiz qloballaşmağa, Avropalaşmağa doğru gedir. Ona görə də biz heç vaxt keçmişlə indini bərabər tuta bilmərik. Keçmişin davranış pozuntusu ilə indinin davranış pozuntusu bir deyil. Yaxud keçmişin hiperaktivi ilə indinin hiperaktivi heç vaxt eyni ola bilməz. Bəzi oxşar əlamətlər ola bilər, amma ümumi fərqi çox böyükdür. Buna görə uşaqların tərbiyəsində ana və atalara bu istiqamətdə yaşlılar da dəstək olmalıdır".

Psixoloqun sözlərinə görə, uşağa sevgi və qayğı hər zaman göstərilməlidir, amma bunun da öz həddi var: "Biz uşaqların hər dediyini etməməliyik. Onlara mükafat sistemini təqdim etməliyik. Məsələn, sən bu işi etdin, buna görə bu mükafatı qazandın. Yaxud haradasa məni utanc vəziyyətinə salmadın, buna görə də səni mükafat olaraq filan yerə aparıram. Bu zaman uşağın ən sevdiyi yerə apara, ən sevdiyi nəyisə ala bilərik. Biz uşağın hər istədiyini edərək, ona qayğı göstərmiş kimi oluruq. Amma həmin uşaqda kaprizlər, davranış pozuntuları yarana bilir. Onun qarşısını almaq üçün vaxtlı-vaxtında düzgün tərbiyə etməliyik. Uşaq nə olar, nə olmaz, nə zaman olar, nə zaman olmazı mütləq bilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1802   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel