Millət vəkilindən nazirlərin görüşünə ŞƏRH

Millət vəkilindən nazirlərin görüşünə ŞƏRH"Çox arzulayardıq ki, nazirlərin görüşü problemin həlli istiqamətində dönüş nöqtəsinə çevrilərdi və münaqişənin həllinin bundan sonra sürətləndiyini görərdik. Lakin bunu demək çətindir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdir Aydın Mirzəzadə bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında keçiriləcək görüşə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, görüşdə prezidentlərin yeni görüşlərinin hazırlanması ilə bağlı məsələlər, ATƏT –in Minsk qrupu həmsədrlərinin təklifləri müzakirə oluna bilər. Adətən belə ağrılı problemin həlli istiqamətində aparılan danışıqların mahiyyəti gizli saxlanılır. Tarixən bu belə olub. Çünki, ortada olan müxtəlif mövqelərin ictimailəşdirilməsi müzakirənin sonrakı gedişinə mane ola bilər. Biz bu məsələnin gizli qalmasına etiraz etmirik. Amma nəticəni tələb edirik:
"Təəssüf ki, Ermənistanın beynəlxalq hüquq normalarını tanıması, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı tələbimizin nəticəsini görə bilmirik. Azərbaycan bundan böyük əziyyət çəkir, olkənin inkişafına ciddi tədir edir. Lakin elə bir zaman gəlib çatıb ki, zərbə bizdən daha çox Ermənistana təsir edir. Onların əhalisi ölkədən köçür, iqtisadiyyatı çökür, ölkə bu gün izolyasiya səviyyəsinə çatıb. Azərbaycan və Türkiyə kimi iki güclü nüfuzlu dövlətin imkanlarından istifadə edə bilmir. Vaxtilə Azərbaycan Ermənistanla dostluq əlaqələri mövcud olsaydı, Bakı-Tbilisi -Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti oradan keçərdi.

Millət vəkili vurğulayıb ki, infrastruktur layihələrinin Ermənistandan keçməsi onların büdcələrinə 100 milyon dollarla vəsait gətirərdi. Azərbaycan Ermənistana ucuz kreditlər verə bilərdi, orada investisiya layihələri həyata keçirə bilərdi. Ölkəmizdə yaşayan erməni icması vətəndaşlarımızın malik olduğu imkanlardan istifadə edə bilərdi. Cənab Prezidentimiz İlham Əliyevin vaxtaşırı regionlara səfərləri yerli televiziyalarda nümayiş etdirilir, reportajlar yayımlanır saytlarda məlumat dərc olunur. Həmin məlumatlarla bizimlə yanaşı işğal olunmuş ərazilərdə yaşayan erməni icmasının üzvləri, erməni vətəndaşları da tanış olur. Onlarda belə bir təsəvvür yaranır, niyə biz azərbaycanlılar kimi yaşamayaq, niyə onlarda olan inkişaf bizdə olmasın?! Səbəbi isə bu gün hakimiyyətdə olan siyasi komandanın Azərbaycan torpaqlarını işğalda saxlamaqla özünün hakimiyyətdə qalmasını uzatmaq istəməsidir Ən əsası isə onun apardığı siyasət erməni millətinin maraqlarına çox ciddi ziyan vurur.

Qeyd edək ki, Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüş keçiriləcək.
Nazirlərin görüşü Avstriyanın paytaxtı Vyanada baş tutacaq.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Nazirlərin görüşünə Minsk qrupunun həmsədrləri də qatılacaq.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1013   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

"Bu gərginliyin sonu müharibə ilə nəticələnə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi, aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Mövqelərimi

9 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel