Millət vəkili prezidentin naziri işdən çıxarmasından danışdı

Millət vəkili prezidentin naziri işdən çıxarmasından danışdı"Hesab edirəm ki, təhsil sahəsində yenilik ola bilər. Bu sahəyə daha fərqli yeni bir kadrın təyin olunması mümkündür. Bütövlükdə bu sahəyə gənc kadrların təyin olunması müsbət haldır".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa ölkə başçısının yeni təyinatını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, təhsil sahəsində olan mövcud problemlər hələ də qalacaq:

"Təhsil sistemi yalnız nazirdən asılı olan məsələ deyil. Bu ölkənin iqtisadiyyatı və cəmiyyətin yanaşması ilə əlaqəlidir. Bu sahəyə kim təyin olunsa da problemlər həmişə qalacaq. Çünki, cəmiyyətin təhsilə baxışı dəyişməyincə hələ ki, təhsil sistemində ciddi irəliləyiş olmayacaq. Azərbaycan cəmiyyəti oxumağa çalışmayınca bu sahəyə münasibət də dəyişməyəcək".

Vergilər sahəsində köklü dəyişikliklərin olacağına münasibət bildirən deputat qeyd edib ki, ölkə başçısı İlham Əliyev vergilər sahəsində yeni bir yanaşmaya ehtiyac olduğunu məqsədəuyğun hesab edib. Çünki, Azərbaycanda vergilər sistemi sahibkarın sıradan çıxarılmasına daha çox xidmət edən anlayışla çalışırdı. İlin əvvəlində insanlardan vergi vəsaitlərinin yığılması sahibkarları ciddi risk altında qoyurdu. Ona görə də bu sistemin dəyişməsinə ehtiyac var. Vergi dərəcələrinin müəyyən halda doğru tənzimlənməsi lazımdır ki, ölkədə iş, sahibkarlıq mühiti canlansın. Çox güman ki bu istiqamətdə prezidentin tapşırıqları olacaq.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad edilməsi və həmin vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aysel Kərimova

Siyasət   Baxılıb: 6636   Tarix: 06 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR