"İşdən çıxarılan nazir Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi"

"İşdən çıxarılan nazir Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi"Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib.

İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a dəyişikliklərin gözlənilən olduğunu bildirib:

"Cənab Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək".

V.Əhmədov deyib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib:

"Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda vergilər nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, vergi məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində strateji yol xəritəsində öz əksini tapıb".

Parlament üzvü deyib ki, nazir strateji postdur, ona görə narahatlığa əsas yoxdur:

"Vergilər Nazirliyində vergi sistemini bilən kifayət qədər savadlı, bacarıqlı kadrlar var. Nazirin müavini Sahir Məmmədxanov və digər müavinlər, departament rəhbərləri öz işlərinin öhdəsindən çox bacarıqla gəlirlər. Nazir strateji xəritəni müəyyən etdikdən sonra islahatları həyata keçirən bir şəxs olacaq. Ona görə də ciddi problem olacağını düşünmürəm".

Təhsil naziri postuna kimin təyin olunacağına gəlincı, V.Əhmədov bunun prezident İlham Əliyevin səlahiyyətində olduğunu bildirib:

"Təhsil elə bir sahədir ki, bura təcrübəli şəxsin təyin olunması çox vacibdir. Nazir vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov da təcrübəli kadrdır. O da nazir postuna gətirilə bilər. Amma dediyim kimi, bu, ölkə rəhbərliyinin qərarına bağlı məsələdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2908   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart