"Bu, hamımız üçün fəlakət ola bilər" – Türkiyədən XƏBƏRDARLIQ
"Qüds Məkkə və Mədinədən sonra müsəlmanların dəyər verdiyi üçüncü şəhərdir. Qüds müsəlmanların ilk qibləsi və ortaq dəyəridir".
Bunu ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı bu gün veriləcəyi nəzərdə tutulan bəyanatını şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.
"Qüds müsəlmanların izzəti, qüruru və şərəfidir. Qüds yalnız fələstinlilərin deyil, bütün müsəlmanların ortaq məsələsi, Yaxın Şərq və dünyada sülhün açarı, müsəlmanların qırmızı xəttidir. Qüdsün statusu, beynəlxalq razılaşmalarla təminat altına alınıb. Qüdsün statusunu qorumaq həm BMT üzvlərinin, həm də bütün müsəlmanların borcudur", - Bəkir Bozdağ bildirib.
Onun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması böyük çətinliklərlə həyata keçirilən sülh prosesini məhv edə bilər: "Qüdsün paytaxt kimi tanınması bölgədə böhran, xaos və qarşıdurmalara gətirib çıxara bilər. Bir sözlə, bu, hamımız üçün böyük bir fəlakət olar. Bu, dünyanı nə zaman sönəcəyi məlum olmayan bir atəşə atmaqdır. Hər kəsi sülhü təhlükəyə atmaqdan çəkinməyə çağırıram".dəvət edirəm".
Qeyd edək ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.
mənbə: publika
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1955 Tarix: 06 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021