Deputat nazirlərin təyinatından danışdı

Deputat nazirlərin təyinatından danışdıDeputat Zahid Oruc prezidentin ötən gün iki nazirliklə bağlı verdiyi sərəncama münasibət bildirib. Sonxeber.az bildirir ki, Z. Oruc "qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Fazil Məmmədov müstəqillik illərində tamamilə yenidən qurulan mühüm bir nazirliyə yüksək məsuliyyətlə rəhbərlik edib:

"O, Heydər Əliyev məktəbini keçib, son dərəcə mürəkkəb şəraitdə dövlətə sədaqətlə xidmət etməyə çalışıb. Bildiyiniz kimi, son 20 ildə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də sahə və coğrafi quruluşuna görə böyük dəyişiliklərə məruz qalıb. Vergilər Nazirliyi beynəlxalq təcrübə əsasında qeyd etdiyimiz transformasiyaya çevik şəkildə uyğunlaşmaya çalışırdı. Orada islahatlar,dövlət və vergi subyektləri arasındakı münasibətlər daimi həssaslığa malikdir. Nəzərə almalıyıq ki, yüksək məmur biznesi şəraitində mənafelərin daha çox toqquşduğu son dərəcə ağır bir sahəni formalaşdırmaq, sərt maliyyə-bank reallığında büdcə öhdəlikləri, hakimiyyətin tələbləri və iqtisadi subyektlər arasında maraqların balansını yaratmaq o qədər asan iş deyil. Hər halda dövlət və hökumət orqanları içərisində Fazil Məmmədovun obrazı konfliktlərə deyil, əməkdaşlıq formatında qanuni tələblərin yerinə yetirilməsi ideyasına xidmət edib.

Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması isə prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, eyni zamanda, ölkə başçısının son illər həyata keçirdiyi yeni kursun tələblərindən irəli gələn qərardır. Hər halda, ötən 4 il ərzində təhsil sahəsində əhəmiyyətli və millətimiz üçün son dərəcə faydalı dəyişiklərin şahidi olduq. Ali təhsilin rəhbər korpusuna gətirilən yeni simalar hesabına universitetlərin statusu və kölgəli imici kəskin dəyişdi, tələbə köçürülmələrində yaşanan qanunsuzluqları ləğv etmək və orta məktəb sistemində direktorların seçilməsində şəffaf, ədalətli mexanizmlər yaratmaq şübhəsiz ki, inqilabi xarakter daşıyan tədbirlərdir. Parlament üzvü kimi, millətin istedadlı gənclərinin böyük qvardiyası olan olimpiada qaliblərinin seçilməsində, eləcə də müəllimlərin biliyinin qiymətləndirməsi hesabına onların zəhmətinə differensial yanaşmanın tətbiq olunmasında yaxından müşahidəçi olduğumuzu yada salsaq, ictimai fikrə açıq, əlçatan, qabaqcıl modelləri ağılla tətbiq etməyi bacaran islahatçı bir obrazdan danışdığmızı vurğulaya bilərik.

Bütövlükdə götürəndə Mikayıl Cabbarov sistemli düşünməyi bacaran intellektualdır və dəqiq hədəflərə yönələn "yol xəritəsi" asasında çalışan bir insandır. Hər halda ümid edək ki, hər iki nazirlikdə yaradılan sağlam bünövrə dağıdılmayacaq, əksinə, milli mənafelərin və demokratik idarəçiliyin yeni mexanizmləri ilə zənginləşdiriləcək".

O əlavə edib ki, son iki il ərzində hökumətin tərkibində xeyli dəyişiliklərin aparıldığını görmək olur: "Deməli, ölkə rəhbəri gələcək prezident seçkiləri və ondan sonrakı dövrün yeni komandasını ortaya qoyur, məmurların millət qarşısındakı fəaliyyətinə hansı prinsiplərlə yanaşdığının dəqiq mənəvi, siyasi prinsiplərini müəyyənləşdirir. Prezidentin elan etdiyi kurs seçki amilindən daha çox onun strateji planları ilə bağlıdır. Azərbaycan yeni dövrə qədəm qoyur və effektli idarəçilik siyasi, hərbi və sosial sabitliyin bir nömrəli təminatçısıdır. Ona görə də struktur islahatları qaçılmazdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1009   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel