Növbədənkənar prezident seçkiləri ilə bağlı yeni qayda

Növbədənkənar prezident seçkiləri ilə bağlı yeni qaydaAzərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Mənbə:APA

Sosial   Baxılıb: 1410   Tarix: 06 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR